Şabranda şirkətin ərazisini qoruyan gözətçi öz köşkünü qoruya bilmədi.
AZXEBER.COM FHN-in rəsmi məlumatına əsasən verdiyi xəbərə görə, Şabran şəhərində "RAMCO" şirkətinin ərazisində 2 kv.m sahədə gözətçi köşkünün yanar konstruksiyaları yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğın saat 08:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.