Azərbaycanda hakim rüşvət aldığına görə qovuldu

SİYASƏT
13:30 06.05.2013
2814

Ölkə kubokunun yarımfinalı çərçivəsində baş tutmuş “Xəzər Lənkəran” – “Bakı” matçı ətrafında sular durulmaq bilmir.

AZXEBER.COM-un Apasport.az saytına istinadən məlumatına görə, lənkəranlıların 2:0 hesabı ilə qalib gəldiyi görüşdə baş hakim Elçin Məmmədovun rüşvət alması iddiası yenidən gündəmə gəlib.

“Bakı”nın vitse-prezidenti Zeynal Məmmədovun PFL prezidenti Ramin Musayevə laynsman vasitəsilə 20 min dollar göndərilməsini bildirməsi və həmin yan xətt hakiminin də bunu etiraf etməsi ortada rüşvət qalmaqalının olması faktını sübuta yetirib. “Futbol+” qəzetinin yazdığına görə, məsələdən agah olan “Bakı”nın prezidenti Hafiz Məmmədov qardaşı vasitəsilə Musayevə futzal referisinin hakimlikdən uzaqlaşdırılmasını tələb edib. Sübut istəyən Ramin Musayev aşkarlanan faktdan sonra Məmmədovu müdafiə etmək niyyətindən əl çəkib və “Bakı” rəsmisinə referinin idarəçilikdən uzaqlaşdırılacağına söz verib. Bu məsələ ilə bağlı Elçin Məmmədovun fikrini də öyrənməyə çalışdıq. O, hakimlikdən uzaqlaşdırılmasından xəbərsiz olduğunu bildirdi: “Mənim bu haqda xəbərim yoxdur. Düzdür, ötən tur təyinat almadım. Ancaq bu, o demək deyil ki, cəzalandırılmışam və ya hakimlikdən uzaqlaşdırılmışam. Ümumiyyətlə, bu barədə danışmaq istəmirəm” Apasport.az saytının digər mənbədən əldə etdiyi xəbərə görə, Elçin Məmmədov hakimlikdən kənarlaşdırılıb və yalnız qərarın rəsmiləşməsi qalıb ki, bu da yaxın günlərdə reallaşacaq.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb