Azərbaycanda hakimi döyən futbolçuya ağır cəza verildi

Azərbaycanda hakimi döyən futbolçuya ağır cəza verildi
İDMAN
15:28 05.03.2019
2982
AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Region Liqasında qeydə alınan qayda pozuntularına da hüquqi qiymət verilib.

AZXEBER.COM AFFA-nın saytına istinadən xəbər verir ki, Region Liqasının son turunda keçirilən "Ağsu Siti" - "Gənclik" (Sabirabad) oyununda qonaqların futbolçusu Amid Zeynalov qarşılaşmanın 58-ci dəqiqəsində hakimi təhqir edib, qırmızı vərəqə ilə cəzalandıqdan sonra hakimə qarşı fiziki güc tətbiq etdiyinə görə 10 oyun cəzalanıb. 

Həmin komandanın oyunçusu Elmar İsgəndərov matçın 90-cı dəqiqəsində hakimi təhqir edib qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı zaman hakimə qarşı fiziki güc tətbiq etməyə cəhd etdiyi üçün 5 oyun cəzalandırılıb.
OXŞAR XƏBƏRLƏR