Azərbaycanda "Halloween”in böyük təntənəylə keçirilməsinin səbəbi nədir? - İlahiyyatçı mühüm detalları AÇIQLADI

ÖZƏL
17:08 31.10.2024
1480
Yəqin ki, bayram deyəndə hər birimizin yaddaşından milli adət və ənənələrimizlə zəngin, rangərəng, ürəkaçan görüntülərə səhnə olan əyləncəli anlar canlanır. Al-əlvan bəzənmiş süfrələr, ləziz təamlar, milli mentatiletimizin əks olunduğu bayram əyləncəsi uşaqlıqdan yaddaşımıza həkk olunub. Məhz bu səbəbdən uşaqlığımızdan alışdığımız bayramları, yeni nəslin dünyaya ayaq uydurub qeyd etdiyi bəzi naməlum bayramlardan daha üstün tuturuq. 
 
31 oktyabr hər nə qədər milli adət-ənənələri qoruyub saxlamağa çalışsaq da, müasirləşməkdə olan və zövqləri Avropalaşan yeni nəsil gənclərin "Halloween” əyləncəsini qeyd etdiyi gündür. Cəmiyyətdə bu bayramı qəbul etməyən kifayət qədər insanın olmasına baxmayaraq, hazırda şəhər mağazalarında, restoranlarda, hətta özəl bağçalarda belə bu günü təntənəli şəkildə qeyd edənlər var.
 
AZXEBER.COM "Halloween” ("All Hallows Eve” sözündən gəlir və mənası "müqəddəs axşam” deməkdir.) bayramının tarixi ilə bağlı bəzi məlumatları oxucuların diqqətinə çatdırır:
 
Adət etdiyimiz xoş əhval-ruhiyyəli bayramların tam əksinə olaraq, bu günün simvolu kimi hər yerdə qara qüvvələrin rəmzi olan hörümçək toru, küpəgirən qarı, qara pişik, skelet bəzəkləri görmək mümkündür. Hətta marketlərdə adıçəkilən bayrama aid qorxunc və vahiməli oyuncaqlar satılır, şirniyyatlar bu rəmzlərin formasında hazırlanır. Keçmişdə bu gündə geyinilən özəl kostyumlar müqəddəslərə hörmət rəmzi sayılsa da bu gün bu sadəcə əyləncə xarakteri daşıyır. Bu səbəbdən də, "Halloween party”lərində hazırda müxtəlif qorxulu personajların obrazını yaradan insanları görmək mümkündür. 
 
Əsasən ABŞ, Böyük Britaniya, İrlandiya, Rusiya, eyni zamanda, Asiya qitəsi və bir çox dünya ölkələrində təntənəli şəkildə qeyd olunan bu "Qara bayram" haqda bəzi inanclar da var. Bir çox insan düşünür ki, həmin gün "o dünya" və bu dünya arasındakı darvazalar açılır. İnsanlar ölmüş yaxınları ilə birlikdə dünyaya gəlmək istəyən ziyanverici ruhları qorxutmaq üçün iyrənc makiyajlar edir, qorxuducu qiyafələr geyinirlər. Hətta düşünürdülər ki, kökləri 2000 il bundan əvvələ aid olan bu bayramda ölülər diri insanlar arasında gəzib-dolaşır, dirilər ölülərlə görüşə bilirlər. 
 
Bəlkə də adıçəkilən dövlətlər üçün bu bayramı qeyd etmək adi hal alsa da, ölkəmizdə son zamanlar ona olan marağın bu qədər artmağına səbəb nədir? Dini inanclarımız əsasında düşünsək, İslamda bu bayramı qeyd etmək günahdırmı?
 
Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev AZXEBER.COM-un suallarını cavablandırıb:
 
"Adını çəkdiyiniz bayramla bağlı onu deyə bilərəm ki, İslamda belə bir şey yoxdur! Dinimizə görə bir əsası, mənbəsi və məqsədi olmayan bayram haqqında necə danışmaq olar? Azərbaycan demokratik ölkədir, gənclərimiz müasirləşir və istədiklərini etməkdə sərbəstdirlər. Gənclər bir araya toplaşır, əylənir, deyir-gülür. Biz buna mane ola bilmərik. Bəziləri oxuyur-oynuyur, bəziləri namaz qılır, ibadət edir. Ona görə də hər şeyi dinə qarışdırmaq olmaz. Ölkəmizdə bir çox dinlərə sitayiş edən insanlar var. Xristianlığın qolları var, İslamın məzhəbləri var, yəhudi dininə inanlar və ya tamamilə dinsizlər var. Bu bayram Amerika Birləşmiş Ştatlarına aid olan bayramdır".
 
Hacı Fuad təkcə bayram deyil, toylarda da bəzi fərqli adətlərin təmsil olunduğunu bildirib:
 
"Hazırda toylar belə insanların şəxsi istəyi ilə keçirilir. Kimisi adət-ənənəli Azərbaycan toyu edərkən, kimisi də Avropasayağı ayaqüstə masa kənarında dayanaraq toy etmək istəyir. İnasanların bir qismi isə nişan edib, nikahsız xanımı ilə bir yerdə yaşamağı seçirlər. Buna səbəb də avropalıların belə etməsidir. Biz də onlarda görüb onu etməyə çalışırıq. Bu bayram da eynilə belə təfəkkürlü insanların təşəbbüsü ilə kütləvi hal alır. Amma İslami cəhətdən soruşursunuzsa, sadəcə bunu deyə bilərəm ki, dinimizdə belə şeylərə yer yoxdur".
 
Aysel Hacızadə
 
 
 
 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər

19:54 06.02.2025

“Azxeber Media” ilə “Manqıstau media” arasında memorandum imzalandı- FOTOLAR

19:49 06.02.2025

Polşa hərbçilərinin sayını 230 minə çatdırmağı planlaşdırır

19:35 06.02.2025

ABŞ 104 Hindistan vətəndaşını deportasiya edib

19:22 06.02.2025

Yunanıstan parlamenti ölkə prezidentini yenə seçə bilməyib