Hamilə qadını qaynı güllələyib

Hamilə qadını qaynı güllələyib
SOSİAL
09:54 12.05.2020
1282
Kürdəmir rayonunda qadın güllələnib.

Hadisə rayonun Sığırlı kəndində baş verib.

Kənd sakini Ramo Mövlayev qısqanclıq zəminində qardaşının hamilə olan həyat yoldaşı Könül Mövlayeva ilə mübahisə edib. Mübahisə nəticəsində R.Mövlayev ov tüfəngi ilə atəş açaraq qadını güllələyib. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilərək, əməliyyat olunub.

R.Mövlayev polis tərəfindən saxlanılıb.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürmə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
 
///Trend
OXŞAR XƏBƏRLƏR