Azərbaycanda hamilə qadınlara pulsuz fol turşusu və dəmir preparatları veriləcək

MARAQLI
17:41 15.04.2021
688
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasında əməkdaşlıq çərçivəsində Azərbaycana dəmir və fol turşusu tərkibli 54 000 qutu həb ianə edilib.

Agentlikdən AZXEBER.COM-a verilən məlumata görə, UNICEF tərəfindən ianə edilmiş Çin Xalq Respublikasının istehsalı olan preparatların Bakıda "İpək Yolu” gömrük terminalında təhvil-təslimi keçirilib.

Tədbirdə UNICEF-in Azərbaycandakı nümayəndəliyinin Səhiyyə və qidalanma proqramının rəhbəri Töhfə Cəmilova və Agentliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Ruslan Abdullayev iştirak ediblər.

"Hamiləlik dövründə ananın sağlamlığı və bətnindəki körpənin sağlam formalaşması üçün ananın orqanizmində kifayət qədər fol turşusu və dəmir olmalıdır. Fol turşusunun defisiti dölün sinir sisteminin formalaşmasında qüsurların yaranmasına gətirib çıxarır. Araşdırmalar göstərir ki, hamilə qadınların iki nəfərdən birində dəmir-defisitli anemiya müşahidə olunur. Məhz bu səbəbdən beynəlxalq təcrübədə hamilə qadınlara dəmir və fol turşusu preparatı qəbul etmək tövsiyə olunur” - UNICEF-in nümayəndəsi T.Cəmilova bildirib.

Agentliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Ruslan Abdullayev ianəyə görə Agentliyin rəhbərliyi adından təşəkkürünü bildirib. R.Abdullayev qeyd edib ki, UNICEF-in tövsiyəsinə uyğun olaraq, ianə edilən preparatlar yaxın günlərdə tibb müəssisələrinə paylanılacaq:

"Qısa zamanda hamiləliyin birinci trimestrində olan qadınlar TƏBİB-in nəzdindəki tibb müəssisələrinə müraciət edib preparatları pulsuz əldə edə biləcəklər. Bu təminat uşaqlar arasında əlilliyin qarşısının alınmasına, ana və körpə ölümü riskinin azaldılmasına öz töhfəsini verəcək. Gələn ildən hamiləlik dövründə müşahidə olunan dəmir və fol turşusu defisitinin profilaktikası məqsədi ilə bu preparatlar icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil ediləcək. Sözügedən qərar ana və uşaq sağlamlığının qorunmasının Azərbaycan hökuməti üçün prioritet məsələ olduğunu göstərir”, - agentliyin şöbə müdiri R.Abdullayev bildirib.

Qeyd edək ki, Azərbaycanda antenatal qulluq üzrə klinik protokollara əsasən hər bir hamilə qadına fol turşusu və profilaktik doza dəmir preparatı təyin olunmalıdır.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:59 13.02.2025

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edildi

15:49 13.02.2025

Prezident bu hərbi qulluqçuları təltif etdi - SƏRƏNCAM

15:39 13.02.2025

Hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT EDİLDİ

15:36 13.02.2025

Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək - Sərəncam

15:31 13.02.2025

HƏMAS-la İsrail arasında girov mübadiləsi bu tarixdə davam edəcək

15:26 13.02.2025

"Azərbaycanın regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir"

15:21 13.02.2025

"Şəhid atasıdır, oğlunun yatdığı torpağa qurban olum" - Cavidan Novruz

15:13 13.02.2025

Kirkorovun yenidən vergi borcu olduğu ortaya çıxdı

15:11 13.02.2025

"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırdı

15:09 13.02.2025

Tehranda Üçüncü Xəzər İqtisadi Forumu keçiriləcək

15:03 13.02.2025

Yeni yaranan ulduzu görüntüləmək mümkün oldu - FOTOLAR

15:01 13.02.2025

"Televiziya auditoriyasının alıcılıq qabiliyyəti daha yüksəkdir" - Rolan Mammadlinski

14:49 13.02.2025

Bu ölkədə ev heyvanlarına pasport almaq məcburi oldu - FOTOLAR

14:48 13.02.2025

"Nike" və "Adidas"a rəqib olan məşhur geyim şirkəti iflas etdi

14:44 13.02.2025

Elnur Bağırov təbii inhisarçılarla "vuruşa" biləcəkmi yaxud "vuruşmaq" istəyəcəkmi?

14:42 13.02.2025

Ukraynada Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edildi