05:52 Bazar Ertəsi, 14 Oktyabr 2019
SOSİAL

Azərbaycanda hamilə qadınlara qənim kəsilən qadın saxlanıldı

12:18, 18.09.201922453
Azərbaycanda hamilə qadınlara qənim kəsilən qadın saxlanıldı
Gəncə şəhərində saxta dərman satışı ilə məşqul olduğu iddia olunan qadın açıqlama verib.

BAKU.WS
-in bölgə müxbirinə verilən məlumata görə, İradə Musayeva bildirib ki, "Altes Farm" şirkətinin ona qarşı irəli sürdüyü iddialar əsassızdır.

"Mən özüm Təcili Tibbi Yardımda həkim işləyirəm. Sözügedən şirkətin nə əməkdaşıyam, nə də oradan ümumiyyətlə kimisə tanıyıram. Mən dərmanı yaxın qohumuma müalicə üçün almasını təklif etmişəm.

İndi həmən şəxs dərmanı kimdən və necə əldə edib onu hüquq mühafizə oranı əməkdaşları və ya şirkətin özü araşdırsın. Şirkətin mənim dərman satışı ilə bağlı iddiaları tamami ilə əsassızdır".
 
 
11.06

Gəncə şəhərində saxta dərman satışı ilə məşğul olan qadın saxlanılıb.

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində əsasən originalları "Altes Farm” şirkətinə məxsus olan və hamilə qadınların istifadəsi üçün nəzərdə tutulan dərmanların saxtasını satan Musayeva İradə İlham qızı saxlanılıb.

Faktı BAKU.WS-in bölgə müxbirinə "Altes Farm” şirkətindən təsdiq ediblər.

Belə ki, saxta dərmanlar ölkəyə Gürcüstan Respublikasından qaçaq yolla gətirlib və İradə Musayeva bu dərman vaistələrini daha ucuz qiymətə satırmış.

Aparılan ilkin araşdırmalar zamanı müəyyən edilib ki, qadın dərmanları Abbas Səhət adına 1 saylı Xəstəxanaya və Pernatal Mərkəzdə satışını  aparıb.Hazırda faktla bağlı araşdırma aparılır. 

XƏBƏR LENTİ