Azərbaycanda hansı dövlət qurumu işçilərinə mənzil verə bilir?

Azərbaycanda hansı dövlət qurumu işçilərinə mənzil verə bilir?
SOSİAL
15:43 17.04.2017
913
Hər bir vicdanlı, məsuliyyətli, zəhmətkeş işçi əməyinə qiymət verilməsini istəyir. Təbii ki, belə insanlar üçün hökumətin göstərdiyi qayğı çox önəmlidir. İşçilərini mənzillə təmin etməsi  isə onlara verilən ən böyük dəyərlərdən biridir. Azərbaycan hökuməti və onun müvafiq orqanları vaxtilə ayrı-ayrı sahələrdə çalışan əməkdaşlara mənzillər verirdi. 

Lakin indi işçilərini mənzillə təmin edən dövlət qurumlarının sayı çox azdır, hətta bəlkə də yoxdur. 

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, hələ ki nazirliyin əməkdaşlarını mənzillə təmin etmək kimi bir planı yoxdur. Onun sözlərinə görə, nazirliyin daha əvvəl də belə təcrübəsi olmayıb.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov əvvəllər əməkdaşlar üçün mənzil tikintisinin olmadığını bildirib: "Nazirlik büdcədən maliyyələşən dövlət qurumudur, ona görə də belə bir plan yoxdur. Əvvəllər də əməkdaşlar üçün mənzil tikintisi olmayıb”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi zamanı fiziki sağlamlıqlarını itirmiş vətəndaşları və şəhid ailələrini dövlət hesabına mənzillə təmin edir. Bunun üçün həmin şəxslər yaşadıqları rayon (şəhər) İcra Hakimiyyətlərində mənzil növbəsinə götürülürlər. 

Nazirliyin öz işçilərinə gəlincə, mətbuat xidmətinin rəhbəri Elman Babayevin sözlərinə görə, bu vaxta qədər əməkdaşların mənzillə təmin olunması kimi bir hal olmayıb: "Hələ ki gələcək üçün də belə bir şey planlaşdırılmır”.

Digər qurumlardan fərqli olaraq "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti  əməkdaşlarını mənzillə təmin edir. Bununla bağlı qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib. O bildirib ki, Cavid Qurbanov  "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin olunandan sonra dəmiryolçulara 147 mənzil paylanılıb: "Ümumilikdə iki il ərzində işçilərə 147 mənzil paylanılıb. Ötən il isə iki dəfə mənzil verilib-13 oktyabr və 31 dekabr tarixlərində. Oktyabrın ayının 13-ü 37 nəfər, dekabr ayının 31-i isə 27 nəfər mənzillə təmin olunub. Amma bu  il nə vaxt mənzil veriləcəyi haqqında hələ ki  məlumat yoxdur”.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova idmançıların mənzillə təmin olunduğunu, lakin nazirlik əməkdaşları üçün belə bir halın olmadığını deyib: "İlin sonunda idman sahəsindəki müəyyən xidmətlərinə görə bir neçə idmançıya mənzil verilir. Amma  nazirlik öz əməkdaşlarını mənzillə təmin etmək üçün yaşayış binası tikmir. Təbii ki, belə bir şeyin olması çox gözəl olardı”.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib ki, işçilərin pulsuz mənzillərlə təmin edilməsi işi 1993-cü ildən dayandırılıb: "İndi nazirlik tərəfindən hər hansı yaşayış binası tikilmir. Hazırda  bu mövzu gündəmdə deyil”.
 
Modern.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
06:06 15.08.2025
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
04:01 15.08.2025
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər