Azərbaycanda həkim intihar etdi - FOTO

SOSİAL
17:09 17.07.2023
1130
Abşeron rayonunda həkim intihar edib.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü Sarvan İbrahimov yaşadığı Masazır qəsəbəsi Abşeron Gənclər şəhərciyindəki mənzildə çoxsaylı dərman həbləri qəbul edib.

O, zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilsə də, vəfat edib.

S.İbrahimovun stomatoloq kimi fəaliyyət göstərdiyi bildirilir.
 
Hadisə ilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
 

 


OXŞAR XƏBƏRLƏR