Hərbi xidmətə çağırılanların tibbi müayinəsində fərqli sistem tətbiq ediləcək.
AZXEBER.COM Report-a istinadən xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Anar Bayramov ötən ilin yekunları barədə danışarkən deyib.
Onun sözlərinə görə, iyulun 1-dən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı bir sıra qərarların qəbulu üçün yekun tibbi müayinəni Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi aparacaq.
Agentlik sədri bildirib ki, tibbi müayinədə fərqli sistem olacaq:
"Bu sahədə ciddi hazırlıq işləri gedir. Elektronlaşma işləri aparılır, meyarların yenidən işlənməsi və yeni müayinə mərkəzinin yaradılması istiqamətində işlər görülür".









































