Azərbaycanda həyat yoldaşının zəhərləndiyini eşidən kişi qəfildən vəfat etdi

Azərbaycanda həyat yoldaşının zəhərləndiyini eşidən kişi qəfildən vəfat etdi
SOSİAL
17:50 20.02.2023
214
Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

Hadisə rayonun Aşağı Cürəli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1964-cü il təvəllüdlü X.Mehdiyeva dəm qazından zəhərlənib və o, rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Qadının dəm qazından zəhərləndiyi xəbərindən təsirlənən həyat yoldaşı, 1956-cı il təvəllüdlü Gülağa Mehdiyev isə qəfildən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
 
///Report
OXŞAR XƏBƏRLƏR