Azərbaycanda hicablı qadından şok əməl: 5 evdən oğurluq etdi- VİDEO

SOSİAL
14:04 20.09.2021
1085
Sumqayıt şəhərində evlərdən oğurluq edən şəxs saxlanılıb.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının zərərçəkənlərin müraciətləri əsasında həyata keçirdikləri əməliyyat nəticəsində şəhər sakini Nərminə Məmmədova saxlanılaraq istintaqa təqdim olunub.

Onun bu ilin əvvəlindən başlayaraq Sumqayıt şəhərində qohum və tanışlarına məxsus 5 evdən oğurluq etdiyi müəyyən edilib. Həmin şəxs mənzillərdən əsasən pul və qızl-zinət əşyaları oğurlayıb.

Qeyd edək ki, Nərminə Məmmədova oğurluq etməzdən əvvəl həmin məzillərin açarlarını əldə edərək surətlərini çıxarıb. Daha sonra ev sahibləri orada olmadığı müddətdə mənzillərdən oğurluqlar edib. Hətta bir epizodda o, oğurluq edəcəyi mənzilin sahibini öz evinə qonaq da çağırıb. Həmin şəxsin qonaq olduğu müddətdə Nərminə Məmmədova vacib bir iş dalınca getdiyini bildirərək evdən çıxıb və həmin məzildən oğurluq edib. Saxlanılan şəxs ifadəsində törətdiyi oğurluqların hər birini etiraf edib.

Faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

"Bu şəxsin digər cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Sumqayıt Şəhər Polis İdarəsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər", - Mətbuat xidmətindən bildirilib.
 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

13:41 26.10.2021

Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarı İlham Əliyev və Rəcəb Tayyib Ərdoğana təqdim edildi

13:38 26.10.2021

Türkiyə Müdafiə Nazirliyi: “PKK-nı tamamilə yox edənədək mübarizəmiz davam edəcək”

13:26 26.10.2021

Bu ölkədə 9 uşaq koronavirusdan ölüb

13:11 26.10.2021

Ərdoğan Füzuli Beynəlxalq Hava Limanında - CANLI YAYIM

13:06 26.10.2021

SOCAR prezidenti BP-nin hasilat və əməliyyatlar üzrə vitse-prezidenti ilə görüşdü - FOTO

13:03 26.10.2021

COVID-19 peyvəndi sonsuzluğa səbəb olur? - Hər kəsi düşündürən suala cavab

12:57 26.10.2021

Serdar Ortaçın konsertində dava düşdü - ANBAAN VİDEO

12:50 26.10.2021

Bakıda ana canlı yayıma çıxıb, 2 gözü görməyən övladından imtina etdi - VİDEO

12:29 26.10.2021

1075 il iş alan Adnan Oktarın həbsxanadan görüntüsü yayıldı - FOTO

12:22 26.10.2021

Azərbaycanda nə qədər narkoman var? - VİDEO

12:18 26.10.2021

Hikmət Hacıyev: "Erməni faşizminin məhv edilməsi nəticəsində regionda yeni təhlükəsizlik düzəni yaranıb"

12:15 26.10.2021

“Nə istəyirlər desinlər” – Körpəyə su verməsi ilə gündəm olan Çingiz Abdullayev

12:12 26.10.2021

Hava nə vaxt düzələcək? - AÇIQLAMA

12:10 26.10.2021

Deputat qalmaqallı statusundan danışdı: “Sürücüm edib...”

12:06 26.10.2021

Bu binanın uçma təhlükəsi var, DYP əhaliyə müraciət etdi

12:02 26.10.2021

Kəramət Böyükçöl Narkoloji Dispanserdən evə buraxıldı - FOTO