Qusar şəhəri ərazisində yerləşən hotellərin birində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini F.Məmmədov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 13-də şəhər ərazisində yerləşən otellərin birində Bakı şəhər sakini A.Məmmədovun 1300 manat və 100 ABŞ dollar pulunu oğurlamaqda şübhəli bilinən həmyerlisi F.Məmmədov saxlanılmışdır.