Azərbaycanda icra başçısına birinci müavin təyin olundu

Azərbaycanda icra başçısına birinci müavin təyin olundu
SOSİAL
13:50 03.09.2020
1386
Masallı Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatı olub.

Masallı RİH başçısı Şahin Məmmədovun imzaladığı əmrə əsasən, Məmmədhüseyn Hüseynov icra başçısının birinci müavini vəzifəsinə təyin edilib. 

Qeyd edək ki, M.Hüseynov bundan əvvəl icra hakimiyyətinin Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb. 

Faktı Oxu.Az-a M.Hüseynov özü təsdiq edib. O bildirib ki, artıq bu gündən vəzifə səlahiyyətlərinin icrasına başlayıb.

Xatırladaq ki, bu barədə ilk məlumatı "Report” agentliyi yayıb.
OXŞAR XƏBƏRLƏR