Azərbaycanda icra başçısını güllələyən məhkum həbsxanada öldü

Azərbaycanda icra başçısını güllələyən məhkum həbsxanada öldü
TOP4
14:41 21.01.2019
31253
Xəbər verdiyimiz ki, ötən həftə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində ömürlük məhbus, 1967-ci il təvəllüdlü Elbrus İbrahimov vəfat edib. 

AZXEBER.COM xəbər verir ki, E.İbrahimovun meyiti artıq yaxınlarına verilib və o, dəfn edilib. 

E.İbrahimov 27 il idi ki, məhkum həyatı yaşayırdı və cəzasının əsas hissəsini Qobustan qapalı həbsxanasında çəkirdi. Onun son illər ağır xəstəlikdən əziyyət çəkdiyi deyilir. 

E.İbrahimov vaxtilə bütün ölkənin danışdığı bir hadisəyə- 1991-ci ilin 11 dekabrında Şuşanın icra başçısı Mikayıl Gözəlovu qətlə yetirdiyinə görə həbsxana həyatı yaşayırdı.

Kim idi Mikayıl Gözəlov?

Musavat.com-un araşdırmasına görə, Mikayıl Gözəlov 1948-ci il aprel ayının 5-də Ağdam rayonunun Mərzili kəndində anadan olub. Novruzlu kənd orta məktəbini bitirdikdən sonra o zamankı Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun sənaye və mülkü tikintilər fakültəsinə qəbul olub. 1969-cu ildə təhsilini başa vuraraq təyinatla Şuşa şəhərindəki 92 nömrəli Tikinti İdarəsinə gəlib. Əmək fəaliyyətinə tikinti ustası kimi başlasa da, 1976-cı ildə çalışdığı idarənin rəisi vəzifəsinədək yüksəlib. 

1982-ci ildə Respublika Sənaye Tikintisi Nazirliyinin Xankəndində yerləşən 9 saylı DQMV Tikinti Trestinə rəis müavini təyin edilib. 1988-cu ildə Şuşa Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri seçilib. Azərbaycan prezidentinin fərmanı ilə 1991-ci ilin noyabr ayının 7-də Şuşa rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Gözəlov Şuşanın və Dağlıq Qarabağdakı digər azərbaycanlı yaşayış məntəqələrinin müdafiəsi işinə rəhbərlik etmiş, bu yaşayış məntəqələrinin bütün problemlərinin həllində, sosial-iqtisadi inkişafında mühüm rol oynayıb. Şuşanın və Qarabağ yaşayış məntəqələrinin müdafiəçilərinin lazımi silah, sursat və texnika ilə təmin olunmasında xüsusi fəallıq göstərib, öz vəsaiti hesabına respublikamızın bir çox bölgələrindən, eləcə də başqa ölkələrdən xeyli silah, sursat və texnika gətirdib. Milli Ordunun ilk rəsmi hərbi hissələrindən olan 816 saylı Şuşa ərazi özünümüdafiə taborunu yaradanlardan biri olub. 

Torpaqlarımızın işğalçı erməni yaraqlılarından təmizlənməsi üçün keçirilən bir çox hücum və uğurlu döyüş əməliyyatlarının təşkilatçısı və rəhbəri olub. Məzarını Mərzili kəndindədir.

Bəs qatil?

Qətli törədən E.İbrahimov Şuşada təcili yardım maşınının sürücüsü idi. Bir sürücünün icra başçısını kabinetində avtomatla qətlə yetirməsi dərhal ciddi suallar doğurmuşdu. Bu qətllə bağlı ən müxtəlif versiyalar irəli sürülürdü. Uzun müddət Şuşada müxtəlif vəzifələrdə işləmiş M.Gözəlov Ağdamda da doğulsa da, onu heç kim "yad” hesab edə bilməzdi və təsadüfi deyil ki, əhali arasında da böyük nüfuza malik idi. Daha bir iddia da bu idi ki, M.Gözəlov 1991-ci ilin 20 noyabr Qarakənd faciəsinin sirlərini bildiyi və Şuşanı ermənilərə təslim etmək istəyən qüvvələrə mane olduğuna görə öldürülüb. 

Şuşada vəziyyətin gərgin olduğu bir vaxtda icra başçısının kabinetində öldürülməsi əhaliyə də təsirsiz ötüşmədi. Şuşanın boşaldılması prosesi sürətləndi. 

E.İbrahimov qətl baş verən gün- dekabrın 11-də həbs edildi və bir neçə gün sonra Bakıya-Bayıl həbsxanasına göndərildi. Onun məhkəmə prosesində də qətllə bağlı qeyri-adi heç bir fakt ortaya çıxmadı. E.İbrahimov aralarında dartışdıqlarını və əsəbiləşdiyi üçün icra başçısına güllələdiyini iddia etdi. Məhkəmə onu güllələnmə cəzasına məhkum etsə də, sonradan onun da cəzası ömürlük həbslə əvəzlənmişdi.

Mikayıl Gözəlovun oğlu qatillə görüşmək istəyib
M.Gözəlovun yeganə oğlu mediaya müsahibəsinin birində qətl barədə danışıb. "Bir təcili yardım sürücüsünün icra başçısını qətlə yetirməsi nəyinə lazım idi” sualına o, "Bu illər boyu məni də düşündürüb. Atamı otağında güllələyən Elbrus adlı şəxs bu haqda heç vaxt danışmayıb. Mən bir neçə dəfə onunla görüşmək istəsəm də, icazə verilməyib” deyib. Oğlu deyib ki, yalnız bir dəfə təsadüfən atasının qatilinin qardaşı ilə görüşüb. 
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
Türkiyə Ağdamda yeni məktəb inşa edir
16:30 08.11.2026
Türkiyə Ağdamda yeni məktəb inşa edir