Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb

Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
SİYASƏT
23:44 06.03.2026
811
Araşdırmalar zamanı SEPAH tərəfindən Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının da hazırlandığı üzə çıxıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə məlumat "AzTV"də yayılıb.

Bildirilib ki, bu məqsədlə yerli şəxslərə hədəfin iş yerinin foto və video çəkilişlərinin aparılması, silah və nəqliyyat vasitəsinin əldə edilməsi ilə bağlı tapşırıqlar verilib.

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi qabaqlayıcı əməliyyat tədbirləri nəticəsində terror planlarının qarşısı alınıb.
Azərbaycan vətəndaşları Quliyev Tərxan Tərlan oğlu, Ağayev Nicat Zaman oğlu, Abdullayev Əsəd Tofiq oğlu və Rüstəmov Rəşad Fərhad oğlu müvafiq maddələrlə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Şabanova Nərminə Ramiz qızı və İsmiyev Naib Ağaismi oğlu ictimai xadimin həyatına sui-qəsdə hazırlıqda, Əhmədov Elvin Bəhruz oğlu isə qanunsuz silah və partlayıcı maddə saxlama maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib.

Araşdırma zamanı terror planlarının təşkilində SEPAH-ın Kəşfiyyat Təşkilatının zabiti, polkovnik rütbəli Ali Asghar Bordbar Sheraminin iştirak etdiyi müəyyən olunub. İran vətəndaşları Zandkian Yaser Rahim, Rustamzada Behnam Sahibali, Azarundbileh Hosein Savar Saber və Sheikhzadeh Sajjad Moghadam Sati Sofi Evad barəsində beynəlxalq axtarış elan edilib.

DTX bildirir ki, xarici xüsusi xidmət orqanlarının Azərbaycanda terror-təxribat planları ilə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR