Azərbaycanda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Azərbaycanda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO
SOSİAL
15:35 26.04.2023
907
Yevlax rayonu ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, hadisə Yevlax-Bərdə yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "LADA 012" markalı avtomobillə "Renault" markalı avtomobil toqquşub.

Nəticədə "LADA" markalı avtomobildə olan 2 nəfər qadın xəsarət alıblar.
Yaralılar Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 

 

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR