Azərbaycanda iki ayın gəlininə qarşı dəhşətli əməl - Təfərrüat

Azərbaycanda iki ayın gəlininə qarşı dəhşətli əməl - Təfərrüat
SOSİAL
11:18 19.03.2023
492
İsmayıllı rayonunda 1988-ci il təvəllüdlü Cəlil ailə münaqişəsi zəminində həyat yoldaşı Cəmiləni (adlar şərti verilib - red.) döyüb.

AZXEBER.COM teleqraf.com-a istinadən bildirir ki, Cəlilin barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Cəlil bildirib ki, Cəmalə ilə 23 oktyabr 2022-ci ildə qeyri-rəsmi nikahla ailə qurub: "Ailə qurduqdan sonra Cəmilə evdə qəribə hərəkətlər etməyə başladı. Mən və valideynlərim artıq Cəmilənin psixoloji problemlərinin olduğunu düşündük. Bir neçə gün sonra Cəmilə evdə qala bilmədiyini bildirdi, anasının yanına getmək istədiyini dedi. Cəmilənin anası Sevinc bizim yaşadığımız evə gəldi. Cəmilənin müalicəyə ehtiyacının olduğunu bildirdi. Sonra Cəmiləni özü ilə apardı".

Cəlil qeyd edib ki, bir həftə sonra Cəmilə geri qayıdıb: "Buna baxmayaraq Cəmilənin hərəkətlərində müsbət irəliləyiş olmadı. Dekabrın 20-də Cəmilə yenidən anasının yanına getmək istədiyini bildirdi. Sevinc bizə gəldi. Sevincdən nə üçün Cəmilənin belə hərəkətlər etdiyini soruşduq. Sevinc Cəmilənin bibiləri tərəfindən ona cadu olunduğunu bildirdi".

Cəlilin ifadəsinə görə, dekabrın 23-də atası Əli Cəmilənin evə qayıtması üçün Sevincə zəng edib:
Ətraflı

"Həmin vaxt telefonu Cəmilə götürdü. Atamla mübahisə edərək onu telefonda söydü, təhqir etdi. Bundan sonra artıq Cəmilənin evə qayıtmamasına qərar verdik. Sonradan mənə məlum oldu ki, Sevinc polis şöbəsinə zəng edərək şikayət edib. Barəmdə tərtib olunmuş protokolla razı deyiləm. Heç vaxt Cəmiləni vurmamışam, ona hər-hansı xəsarət yetirməmişəm".

İş üzrə zərərçəkmiş Cəmilənin sözlərinə görə, Cəlillə ailə qurduqları müddətdən aralarında mübahisələri normal olmayıb: "Cəlil ona qarşı soyuq münasibət göstərdiyimi bəhanə edərək mənimlə yersiz mübahisələr edib. Sonuncu dəfə dekbarın 20-də gecə saat 01.00-da yaşadığımız evin yataq otağında olarkən Cəlil yenidən ona soyuq münasibət göstərdiyimi bildirdi, mənimlə mübahisə etməyə başladı. Mübahisə zamanı Cəlil başımdan və bədənimin müxtəlif yerindən yumruq, təpiklə vuraraq məni döydü".


Cəmilə deyib ki, həmin günün səhəri anası evinə gedib: "Lakin Cəlilin məndən üzr istəyəcəyini, barışacağımızı düşündüyüm üçün bir neçə gün şikayət etmədim. Aldığım xəsarətlərdən bir neçə gün ev şəraitində yatdım. Anam vəziyyətimi gördü və polis şöbəsinə zəng və şikayət etdi. Hazırda Cəlili bağışlamamışam, onunla barışmamışam".

Bu işə İsmayıllı rayon Məhkəməsində baxılıb. Hakim İlqar Hüseynovun sədrliyi ilə baş tutan iclasda qərar elan edilib.

Qərara görə, Cəlil inzibati qaydada 300 manat miqdarında cərimə olunub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: İran razılaşmasa, körpülərini və elektrik stansiyalarını məhv edəcəyik
19:10 28.07.2026
Tramp: İran razılaşmasa, körpülərini və elektrik stansiyalarını məhv edəcəyik
Zidan Fransa futbol yığmasının baş məşqçisi təyin olundu
18:57 28.07.2026
Zidan Fransa futbol yığmasının baş məşqçisi təyin olundu
Oman Hörmüz boğazı ilə bağlı yeni planı İrana təqdim etdi
18:39 28.07.2026
Oman Hörmüz boğazı ilə bağlı yeni planı İrana təqdim etdi
Husilərin hücumundan sonra "Saudi Aramco" Cizan neft emalı zavodunu bağlayıb
18:29 28.07.2026
Husilərin hücumundan sonra "Saudi Aramco" Cizan neft emalı zavodunu bağlayıb
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb
18:10 28.07.2026
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb
700 bal toplayan Samir danışdı: "Həm çalışır, həm də oyun oynayırdım"
17:59 28.07.2026
700 bal toplayan Samir danışdı: "Həm çalışır, həm də oyun oynayırdım"
Aztəminatlı ailələr niyə daha çox uşaq sahibi olur? – Sosioloq açıqladı
17:47 28.07.2026
Aztəminatlı ailələr niyə daha çox uşaq sahibi olur? – Sosioloq açıqladı
Motosiklet sürücülərinin narazılığına FHN-dən REAKSİYA
17:34 28.07.2026
Motosiklet sürücülərinin narazılığına FHN-dən REAKSİYA
Qəbul imtahanının nəticələri açıqlandı – 17 nəfər 400 bal topladı
17:29 28.07.2026
Qəbul imtahanının nəticələri açıqlandı – 17 nəfər 400 bal topladı
Arzumla bağlı canlı yayımı 86 min insan izlədi
17:21 28.07.2026
Arzumla bağlı canlı yayımı 86 min insan izlədi
YAP Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirildi
17:11 28.07.2026
YAP Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirildi
Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər
17:00 28.07.2026
Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər
Yayda estetik əməliyyat etdirmək olar?
16:48 28.07.2026
Yayda estetik əməliyyat etdirmək olar?
Ailə dəyərləri qorunur, yoxsa əvvəlki kimi deyil? - "Hər şey pula satılıb, ona görə qorunmur" – VİDEOSORĞU
16:29 28.07.2026
Ailə dəyərləri qorunur, yoxsa əvvəlki kimi deyil? - "Hər şey pula satılıb, ona görə qorunmur" – VİDEOSORĞU
Azərbaycanda ilk dəfə beynəlxalq yeniyetmələr qolf turniri keçirildi - FOTOLAR
16:14 28.07.2026
Azərbaycanda ilk dəfə beynəlxalq yeniyetmələr qolf turniri keçirildi - FOTOLAR
Mobil nömrəyə çox pul verənlər nə düşünür? - Ekspert açıqladı
16:10 28.07.2026
Mobil nömrəyə çox pul verənlər nə düşünür? - Ekspert açıqladı