Azərbaycanda iki başlı buzov doğuldu - FOTO

Azərbaycanda iki başlı buzov doğuldu - FOTO
12:09 08.06.2012
3277
Azərbaycanda qeyri-adi hadisə baş verib. Naxçıvan Muxtar Respublikasında 2 başlı buzov doğulub. Bu barədə məlumatı ANS PRESS-ə buzov doğulan kəndin sakini verib. Onun sözlərinə görə, 2 başı bir bədəni olan buzov Babək rayonu Qahab kəndində Rəsul Zülfüqarovun təsərrüfatında olub. İnək sağ olsada, buzov ölü şəkildə dünyaya gəlib.Kənd sakinləri bu halla ilk dəfədir rastlaşdıqlarını deyiblər. Baytarlar buzovun bədəninin deformasiyaya uğramasının səbəblərinin bəlli olmadığını bildiriblər.
OXŞAR XƏBƏRLƏR