Bakıda ailə faciəsi baş verib.Xəzər rayon Polis İdarəsindən verilən məlumata görə, ötən gecə rayonun Zirə qəsəbəsində yaşayan Əmrəli Həsənov və onun qardaşı, 3 yaşlı Zaman evdə tək olarkən qaz sobası ilə ehtiyatsız davrandıqlarından baş vermiş tüstüləmədən boğularaq ölüblər.
Faktla bağlı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. //APA