10:17 çərşənbə, 11 Dekabr 2019
SOSİAL

Azərbaycanda iki tanınmış məmur quda oldu - Foto

17:06, 16.11.201933199
Azərbaycanda iki tanınmış məmur quda oldu - Foto
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun oğlu Sübhan Məmmədli ailə həyatı qurub.

AZXEBER.COM xəbər verir ki, Axşam.az-ın əldə etdiyi məlumata görə, toy məclisi dünən "Böyük Saray” şadlıq evində baş tutub.

Saleh Məmmədovun oğlu  "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Rauf Vəliyevin qızı ilə evlənib.

Toyun aparıcılığını Nərgiz Cəlilova edib. Eyni zamanda ölkənin ən tanınmış sənətçiləri – Xalq artistləri Zülfiyyə Xanbabayeva, Röya Ayxan, Miri Yusif, Əməkdar artist Manana Çaparidze öz ifaları ilə səbəbkarlara təbriklərini çatdırıblar.
 

 


XƏBƏR LENTİ