Azərbaycanda iki yaşlı uşaq koronavirusa yoluxdu - RƏSMİ

SOSİAL
19:06 08.04.2020
713

"Bu gün Azərbaycanda koronavirusa yoluxanlar arasında iki yaşında olan uşaq da var. Ən qocaman xəstə isə 90 yaşındadır”. 

AZXEBER.COM-un məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, sağalanlar arasında 82 yaşlı xəstə var:

"Sağalma orqanizmin virusa cavabından asılıdır. Dünya təcrübəsi də göstərir ki, koronavirusdan yanaşı gedən xəstəlikləri olan şəxslər vəfat edirlər. Ölənlər də, əsasən, onkoloji, ürək çatışmazlığı, revmotoloji xəstəlikləri, qəbul etdikləri dərmanların əlavə təsirləri yüksək olan xəstələrimizdir”.

O qeyd edib ki, Bakı ilə yanaşı, Sumqayıt və Gəncə şəhərləri daha riskli ərazilərdir:

"Ona görə də böyük şəhərlərdə olan insanın üzərinə daha ciddi məsuliyyət düşür”.


OXŞAR XƏBƏRLƏR