Azərbaycanda ilk: Bu filmin qala gecəsinə bilet alıb, gəlmək mümkün olacaq - VİDEO

Azərbaycanda ilk: Bu filmin qala gecəsinə bilet alıb, gəlmək mümkün olacaq - VİDEO
MAQAZİN
12:46 25.04.2017
1398
Azərbaycanın ilk qorxu filmi olan "Xənnas”-ın Qala gecəsində məşhurlarla yanaşı, siravi vətəndaşlar da iştirak edə bləcəklər.
 
Azərbaycanın kino tarixində ilk qorxu filmi (mistik triller) olaraq bir ilkə imza atmış "Xənnas” filminin yaradıcı heyəti növbəti ilkə imza atır. Belə ki, artıq filmin möhtəşəm və günümüzün şou biznes ulduzlarının iştirakı ilə təşkil olunan Qala Gecəsinə, yalnız ulduzlar deyil, o cümlədən Qalada iştirak etmək istəyən kino həvəskarları da qatıla biləcəklər. Bunun üçün bütün kino həvəskarlarını, Qala Gecənin keçiriləcəyi Nizami Kino Mərkəzinin kassalarına dəvət edirik. Cəmi 15 AZN məbləğində olan biletləri almaqla, 3 May tarixində keçiriləcək filmin bütün aktyor və yaradıcı heyətinin, TV Magazin proqramlarının və o cümlədən Azərbaycan Şou Biznesinin məhşurlarının iştirak etdiyi əsrarəngiz Qala Gecədə esklüziv iştirak, filmin ilk baxışından həzz almaq və bu tarixi anı bütün "Xənnas” heyəti ilə birlikdə keçirmək imkanınız var!
 
Onu da qeyd edək ki, Qaladan əvvəl keçiriləcək Furşet masası və energetik içkilər də biletin qiymətinə daxildir. Diqqətinizə çatdırmaq istərdik ki, film 4 May tarixindən etibarən, bütün CinemaPlus kinoteatrlarında (Gənclik Mall, 28 Mall, AygunCity, Azərbaycan k/t, Nizami k/t, Gəncə şəhəri) nümayiş başlayacaqdır.
 
Filmin Rəsmi Trailerini təqdim edirik:
 
OXŞAR XƏBƏRLƏR