Azərbaycanda ilk dəfə FIFA-18 sosial layihəsinə start verilir

Azərbaycanda ilk dəfə FIFA-18 sosial layihəsinə start verilir
MARAQLI
16:27 30.10.2017
1520
FIFA18 Azərbaycan Çempionatının anons videosu yayımlanıb.

Xəbər verdiyimiz kimi "Bizim Game Zone"-un təşəbbüsü ilə Azərbaycanda ilk dəfə FIFA18 konsol oyunu üzrə çempionat tipli sosial layihəyə start verilir.

AZXEBER.COM-un məlumatına görə, layihənin başlanmasına artıq sayılı günlər qalıb.
 
Layihə rəhbəri Vüqar Faiqin sözlərinə görə keçiriləcək çempionat üçün maraq olduqca böyükdür. 
 
Qeyd edək ki, Azərbaycanda ilk böyük FIFA18 turniri olacaq bu layihə 11 Noyabr 2017 tarixində başlayacaq. Turnirin qaliblərini isə müxtəlif hədiyyələr gözləyir. Hədiyyə hovuzunda "Sony Playstation 4", "FIFA18" oyunu, "VR Cihazı", "Power Bank", STEP IT Akademiyası tərəfindən "100 AZN dəyərində vauçer" və s. kimi bir çox hədiyyə var.

Layihənin təşkilati dəstəkçiləri Bizim Game Zone, LaLiga Game Center, Playstation Azərbaycan, STEP IT Akademiyası, Gamebuy və Konsoloyun web layihələri, Komptel Baku, GameInfected Network və Hazzard Enerji İçkiləridir.

Son olaraq vurğulamaq istəyirik ki, çempionatda iştirak etmək üçün əvvəlcədən bilet almağınız gərəkəcək. Bilet əldə etmək üçün 050-212-22-97 nömrəsinə zəng edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR