Azərbaycanda ilk dəfə olaraq forum teatr keçirildi

GƏNCLİK
17:40 25.06.2012
1687
24 iyun tarixində AFU-da, Müsbət Dəyişiklik Gənclər Təşkilatının, ABŞ-ın Milli Demokratiya İnstitunun (NDI) və USAID təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq Forum Teatr- “Stop and Start” göstərilmişdir. Forum Teatrda “Kiçik yaşlı qızların təhsildən uzalaşdırılaraq nigaha cəlb edilməsi - Nigah və Təhsil Hüququ”, “İstirahət hüququ”, “Məhkəmədə rüşvət” mövzuları səhnələşdirilmişdir. Səhnəcikər göstərildikdən sonra, Forum Teatrının formatına uyğun olaraq, “Stop and Start” hissəsində səhnəciklər yenidən göstərilməyə başlanmışdır. Bu dəfə auditoriyada əyləşən tamaşaçılar ssenariyə dəyişiklik edərək, özləri aktyorların yerinə keçərək problemləri öz istədikləri kimi həll etməyə çalışmışlar. Xatırladaq ki, Forum Teatr XX əsrin 70-ci illərinən etibarən ABŞ-da keçirilməyə başlamışdır. Avropada olduqca yayğındır.Cənubi Qafqazının digər ölkələrində keçirilməsinə baxmayaraq, Azərbaycanda bu günə qədər keçirilməmişdi.

OXŞAR XƏBƏRLƏR