Azərbaycanda ilk dəfə olaraq onlayn yoqa dərsləri başlayır - VİDEO

SOSİAL
18:01 05.04.2020
588
Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə məqsədyönlü, təxirəsalınmaz tədbirlər həyata keçirilir. 
Eləcə də, Naftalan şəhərində əhalinin maarifləndirilməsi və əhali arasında koronavirusa yoluxma hallarını minimuma endirmək məqsədilə müxtəlif maarifləndirici sosial video-çarxlarhazırlanır və tədbirlər görülür. 

Əsas məqsəd  isə əhalinin diqqətini Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə tətbiq edilən sosial izolyasiya qaydalarına yönəltmək, insanları zəruriyyət olmadığı halda evdən çıxmamağa səsləməkdir. 

Fiziki sağlamlığın möhkəmləndirilməsi, immunitet sisteminin gücləndirilməsi və bədəninin bütün orqanlarına faydalı təsir göstərilməsi istiqamətində yoqa məşq hərəkətlərinin təşkilidirYoqanın insan psixikasına müsbət təsiri hələ əsrlər əvvəl aşkar edilmişdir.Yoqa ilə məşqə yaş məhdudiyyəti qoyulmur. 

Onlayn dərslər həftənin II, IV və VI  günləri saat 09-00 və 19-00-da  keçiriləcək.(Naftalan Şəhər İcra Hakimiyyətinin rəsmi internet saytında, facebook və instagram səhifələrində ,youtube kanalında, Gəncə TV-də, Azxəbər İnformasiya Agentliyinin resuslarında izləyə bilərsiz.)

Layihənin əsas məqsədi vətəndaşların evdə qaldıqları müddət ərzində idmandan, sağlam həyat tərzindən uzaq düşməmələridir.

Evdə qal çağırışına əməl etməklə karantin şəraitində evdə qalan əhalini fürsətdən istifadə etməyə və idmanla məşğul olmağa çağırırıq.

Sosial layihə  Naftalan ŞİH-nin təşəbbüsü ilə həyata keçirilir.

 

#Evdəqal



OXŞAR XƏBƏRLƏR