Azərbaycanda ilk dəfə “Peşəkar Boks Gecəsi" keçirildi - FOTOLAR

İQTİSADİYYAT
17:31 18.09.2020
298
Ötən həftə "Nar”ın dəstək olduğu "Baku Fight Lab” boks klubunun təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə "Peşəkar Boks Gecəsi” keçirilib. Azərbaycan Peşəkar Boks Federasiyasının lisenziyası əsasında keçirilən tədbir Azərbaycan boksçularının beynəlxalq arenada tanıtımı məqsədi daşıyır.

AZXEBER.COM xəbər verir ki, "Boks gecəsi”ndə 16 peşəkar boksçu ümumilikdə 8 döyüş keçirib. Döyüşlərdə peşəkar rinqdə təcrübəsi olan boksçularla yanaşı, həmçinin həvəskar karyerasında böyük nailiyyətlər qazanmış və peşəkar rinqdə debüt edən idmançılar da iştirak edib.

"Peşəkar Boks Gecəsi” çərçivəsində keçirilən bütün görüşlərin nəticələri beynəlxalq boks statistikasında nəzərə alındığına görə hər bir qalibiyyət boksçunun gələcək karyerasında bir pilləyə çevrilir. Azərbaycan Peşəkar Boks Federasiyasının prezidenti Artyom Həsənovun, 1-ci vitse-prezidenti Fərhad Acalovun və baş katibi Orxan Muxtarovun, eləcə də Azərbaycanın ilk və yeganə peşəkar boks promouteri Ziya Əliyevin xüsusi əməyi nəticəsində Azərbaycan ilk peşəkar boks gecəsi yüksək səviyyədə təşkil edilib.

Boks həvəskarları və "Baku Fight Lab” boks klubunun azarkeşləri Boks gecəsini sentyabr ayının 18-i saat 21:00-da "CBC Sport” telekanalında izləyə biləcəklər.

Mövcud pandemiya səbəbindən tədbir açıq hava məkanında, tamaşaçılar olmadan, xüsusi karantin rejiminin bütün tələblərinə uyğun olaraq və zəruri təhlükəsizlik qaydalarına riayət olunmaqla keçirilib.

Qeyd edək ki, mobil operator "Nar”la yanaşı, "Peşəkar Boks Gecəsi”nin keçirilməsinə Azərbaycanda "Zontes" motosikletlərinin satışı və xidməti ilə məşğul olan "Zontes Baku", müxtəlif idman növlərinin inkişafında mühüm rol oynayan, həvəskar idmana peşəkar yanaşma devizi ilə çalışan "Azfar Group" və "İydə” parfümeriya evi də dəstək olub.
 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

13:44 26.10.2020

Ermənilər Tərtərə top mərmiləri atdı, evlər dağıldı - FOTO

13:11 26.10.2020

Prezident: "O qədər mənasız görüş olub ki..."

13:08 26.10.2020

İlham Əliyev: "Əgər bizə qarşı kənardan aqressiya olarsa, o F-16-ları görəcəklər onlar"

13:07 26.10.2020

Prezident: "Yeni yaşayaş məntəqələri işğaldan azad olunub"

12:59 26.10.2020

İlham Əliyev: "Bəs Cəbrayıla yol çəkirdin, Paşinyan, nə oldu?"

12:56 26.10.2020

Prezident: "Vasitəçi ölkələr özü üçün gərək yeni bir funksiya fikirləşələr"

12:53 26.10.2020

İlham Əliyev: "“Biz yeni reallıq yaratmışıq, hesablaşın!"

12:50 26.10.2020

Ali Baş Komandan: "Axıra qədər gedəcəyik, sonacan gedəcəyik"

12:49 26.10.2020

Prezident: "Şuşada sərxoş vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, çıxıram"

12:47 26.10.2020

Prezident: “Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik”

12:42 26.10.2020

“Yığılmışıq boğaza bu danışıqlardan”

12:32 26.10.2020

Prezident: "Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edib”

12:30 26.10.2020

İlham Əliyev: "Biz dünya ictimaiyyətini münaqişənin tarixi ilə bağlı kifayət qədər məlumatlandırmışıq"

12:18 26.10.2020

Ağcabədi rayonu atəşə tutuldu - MN

12:05 26.10.2020

Prezident İlham Əliyev xalqa müraciət edəcək

12:04 26.10.2020

MN: Azərbaycanın hərbi aviasiyadan istifadə etməsi xəbəri yalandır