Azərbaycanda ilk "Radio Controlled CARS" çempionatı baş tutdu

GƏNCLİK
14:21 12.06.2014
2117
4 İyun 2014-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun elan etdiyi IV qrant müsabiqəsinə fərdi layihə təqdim edərək qalib olmuş Ülvi Adgözəlov Azərbaycanda İlk "Radio Controlled CARS" çempionatı layihəsini həyata keçirdi.
AZXEBER.COM xəbər verir ki, yarışma formatında baş tutmuş çempionatda əsas məqsəd iştirakçıların start nöqtəsindən çıxaraq əvvəlcədən müəyyən olunmuş maneələri keçərək iki dəfə dövr edib, finiş nöqtəsinə qısa zaman ərzində çatması idi. İştirakçılar arasında on ən yaxşı nəticə göstərmişlər sertifikatla mükafatlandırıldı.
Çempionatın qalibləri isə kubok, medal və sertifikatla təltif olundular. 3-cü Zaur Məmmədov, 2-ci Emin Cavadzadə, çempionatın qalibi isə Fəxri Əsədov oldu.
Layihədə 100-ə yaxın gənc iştirak etdi. Gənclər arasında xüsusi marağa səbəb olan yarışmanın gələcəkdə də keçirilməsi qərara alındı.
Yarışda iştirak edən avtomobillər uzaqdan idarə edilən 1: 10 miqyasında oyuncaq avtomobillərdən istifadə edilmişdi.

OXŞAR XƏBƏRLƏR