Azərbaycanda ilk uşaq filminin təqdimatı baş tutdu - FOTOLAR

Azərbaycanda ilk uşaq filminin təqdimatı baş tutdu - FOTOLAR
SOSİAL
18:11 12.02.2024
1399
Çoxdandır gözlənilən "Nağıl Kimi” filminin təqdimat mərasimi baş tutub.

AZXEBER.COM xəbər verir ki, "Heyo Media Group”un ərsəyə gətirdiyi bu filmdə balaca dostlarımızla yanaşı, Azərbaycan Respublikasının Xalq artisti Naibə Allahverdiyeva, Əməkdar Artist Elnur Hüseynov, o cümlədən uşaqların sevimlisi Allahverdi Yolçuyev və Ədalət Əbdülsəmədov da filmdə rol alıb. 

Qeyd edək ki, ekran işinin quruluşçu rejissoru və layihə rəhbəri Heydər Vüqaroğludur. Filmin prodüsseri Elnarə Rəcəbli, ssenari müəllifi isə Mehriban Qaziyevadır.

Gecənin sonunda hər bir iştirakçı və gənclər mükafatlandırıldı.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR