Azərbaycanda indiyə qədər koronavirusa görə 1537 sinif distant təhsilə keçib

Azərbaycanda indiyə qədər koronavirusa görə 1537 sinif distant təhsilə keçib
SOSİAL
16:35 16.11.2021
219
Bu ilki tədris ili müddətində Gigiyena və Epidemiologiya Mərkəzlərinin müvafiq qərarıyla ümumilikdə 61 ümumi təhsil müəssisəsində tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili 14 gün müddətinə dayandırılıb.

Bu barədə AZXEBER.COM-a Təhsil Nazirliyindən məlumat verilib.

"Bunlardan 37-si müddət tamam olduqdan sonra əyani tədrisə qayıdıb. Eyni zamanda 1537 sinifdə tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili 14 gün müddətinə dayandırılıb. Bunlardan təyin edilən müddət başa çatdıqdan sonra 885 sinif əyani tədrisə qayıdıb", - nazirlikdən bildirilib.
OXŞAR XƏBƏRLƏR