"Azərbaycanda insanları abortdan maarifləndirmə yolu ilə çəkindirmək olar"

MARAQLI
12:02 16.09.2011
1595

İnsanları qadağa ilə yox, maarifləndirmə ilə abortdan çəkindirmək olar. Bunu çərşənbə günüTrend-ə millət vəkili, Milli Məclisin Sosial siyasət komitəsinin üzvüElmira Axundovabildirib. Avropa Şurasının Parlament Assambleyasının oktyabrın 5-7-də keçiriləcək payız sessiyasında tibb müəssisələri tərəfindən gələcək valideynlərə doğulacaq körpənin cinsi barədə məlumat verilməsini qadağan edən qətnamənin qəbul olunması gözlənilir. MDB və Balkan ölkələrində abort hallarının çoxalmasını nəzərə alaraq hazırlanan qətnamə layihəsinin Avropa Şurasına üzv olan bütün ölkələrə aid edilməsi planlaşdırılır. Axundovanın sözlərinə görə, istənilən Azərbaycan vətəndaşı AŞ üzvü olmayan İrana, yaxud Türkmənistana gedərək gələcəkdə doğulacaq uşağın cinsini öyrənə bilər. "AŞPA-da belə bir qərar qəbul edilsə, bir sıra abort halları azalacaq, amma qeyri-leqal ultrasəs müayinələrinin (USM), digər ölkələrə bu məqsədlə gedənlərin sayı artacaq", - millət vəkili deyib. O, həmçinin belə qərarın qəbul edilməsinin insan hüquqlarının qorunması sahəsində də müəmmalı addım olduğunu vurğulayıb. "Vətəndaşlar gələcək ailə həyatını planlaşdırmaq niyyəti ilə USM aparatlarında müayinəyə gedirlər", - Axundova qeyd edib. Millət vəkili hesab edir ki, bu məsələnin həllinə geniş maarifləndirmə işləri ilə nail olmaq olar. "Bəzən qadınlar ailədə onları gözləyəcək problemlərin qarşısını almaq üçün selektiv abort edirlər. Həmin qadınları da başa düşmək olar. İnsanları maarifləndirmək lazımdır ki, hər bir həyat müqəddəsdir, hər bir dünyaya gələn məxluq Allah vergisidir", - Axundova deyib. O qeyd edib ki, Azərbaycanda həm tibb işçilərinin, həm də vətəndaşların KİV vaistəsilə maarifləndirilməsinə ehtiyac var.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq