Cavid Süleymanov
Bir ölkənin iqtisadi durumunu realizə edən başlıca göstəricilərdən biri azad bazar rəqabəti şəraitində formalaşan və müxtəlif istiqamətlər üzrə kommersiya və digər fəaliyyətlərlə məşğul olan müəssisələrin rəqabətədavamlılığıdır. Dövlət, ölkə iqtisadiyyatını elə əsaslar üzərində formalaşdırmalıdır ki, açıq rəqabət mühitində dövlətin hər hansı bir məhdudlaşdırıcı müdaxiləsi olmadan dayanıqlı iqtisadi vəziyyət formalaşsın..
Təbii ki, İnkişaf meyilli , mütərəqqi siyasət yürüdən bütün dövlətlər cəmiyyətin sosial həyatını təkmilləşdirmək məqsədi ilə insan kapitalının artımına uzunmüddətli investisiya yatırırlar. Bu yatırımlar əsasən darçərçivəli deyil, çoxkriteriyalı formada olur. Dövlət , maddi nemətlərdən gələn gəlirlərin bir hissəsini təhsilə , səhiyyəyə və cəmiyyətin sosial həyatına müsbət formada təsir edəcək müxtəlif sektorlara istiqamətləndirərək cəmiyyətdə güclü sosial baza yaratmağa çalışır.Təcrübələr onu göstərir ki, istər özəl istərsə də, dövlət müəssisələri daxilində maddi resursdan çox insan faktoruna önəm verən müəssisənin sosial dayağı daha güclü olur və idarəetmə mexanizmi daha effektiv formada çalışır.
Azərbaycanda İntellektual insan kapitalının formalaşdırılması dövlətin əsas və dönməz prinsiplərindən birinə çevrilib. Əsası ümumilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan bu strategiya artıq özünü doğruldaraq cəmiyyətin intellektual durumuna müsbət təsirini göstərib. Ümumilli liderimiz bir insanın perspektivindən gələcəyə doğru dəyər yaratmağın vacibliyini anlayaraq bu sahədə mühüm addımlar atıb. Bugün, Cənab Prezident İlham Əliyev bu strategiyanı olduqca uğurla davam etdirərək , tək iqtisadiyyatda deyil cəmiyyətə xeyir gətirəcək bütün sahələrdə ixtisaslı , peşəkar kadrların yetişməsi üçün insan kapitalının intellektual əsaslarla inkişafına xüsusi önəm verir. “Neft kapitalından insan kapitalına” keçid kimi başa düşülən bu islahatlar strategiyası mütərəqqi, məqsədyönlü və milli maraqlara xidmət edən böyük siyasətin tərkib hissəsidir. Bugün neft sektorundan gələn gəlirlərin bir hissəsini iqtisadiyyatın digər sahələrinə yönəltməklə iqtisadiyyatımızın neftdən asılığına böyük ölçüdə mane olaraq , iqtisadiyyatımızın diversifikasiyasına nail olan Cənab Prezident, ölkə gəncliyinin gələcək sosial rifah halının, gənclərin intellektual durumunun dünyanın ən qabaqcıl ölkələrində olduğu standartlarda olmasını qarşısına prinsipial məqsəd qoyduğu məlum olur. Sosial sərmayenin inkişafı kriteriyalarını məqsədyönlü şəkildə müəyyənləşdirərək, bu yolda qətiyyətli addımlar atan Cənab Prezident İlham Əliyev dayanıqlı sosial mühit formalaşdırmaq istəyi , ölkə rəhbərinin güclü siyasətinin təzahürüdür. 2012 –ci il 29 dekabr tarixində imzalanan sərəncamla Cənab Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan 2020 gələcəyə baxış” konsepsiyası ölkədə insan kapitalının inkişafına maneə törədəcək bütün mənfi faktorlara qarşı bir sədd rolu oynamaqla yanaşı, İnsan kapitalının inkişafının dövlətin pirioritet sahəsi olduğunu sübuta yetirdi. Konsepsiyanın 7-ci bəndində “İnsan kapitalının inkişafı və səmərəli sosial müdafiə sisteminin qurulması” başlığı altında yer alan hissədə insan kapitalının çoxkriteriyalı şəkildə inkişafının baş verəcəyindən xəbər verir.Konsepsiyada təhsilə , səhiyyəyə ayrılan vəsaitin ilbəil artırılacağı ,təhsildə idarəetmənin təkmilləşdiriləcəyi və intellektual insan kapitalının formalaşması naminə əsaslı addımların atılacağın vurğulanıb. “2007-2015-ci illərdə Xaricdə Təhsil proqramı” çərçivəsində yüzlərlə gəncin xarici ölkələrdə təhsil alması nəzərdə tutulub. Təbiiki bu proqramlar insan kapitalının fəaliyyətini düzgün qiymətləndirməklə yanaşı, gələcəyə böyük ümidlərlə yatırılan investisiyalardır.Ölkədə yüksək hazırlıqlı və peşekar gənc kadrların yetişməsi dövlətin sosial siyasətinin başlıca maraqlarından biridir.
Təbiiki, bu islahatlar strategiyası Heydər Əliyevin insan siyasətinin davamıdır. Təsadüfi deyil ki, Azərbaycanda 2011-2015 dövlət-gənclər proqramı hazırlanmış və hal-hazırda uğurla icra edilir. İnsan kapitalının inkişafı üçün başlıca olaraq diqqət göstərilən sahə gənclər sektorudur. Dövlət və cəmiyyət üçün ixtisaslı kadrın hazırlanması məqsədi ilə dövlət, gənc yaşlarından insanın mənəvi və elmi inkişafına resurs cəlb edərək bu mühüm strategiyanı həyata keçirir. İntellektual kapitalın inkişafında insan faktorunu əsas götürərək bunu söyləmək olar ki, özünəinam və mənəvi hisslərin aşılanması çoxkriteriyalı şəkildə inkişafa zəmin yaradır. Məhz bu səbəbdən , Cənab Prezident İlham Əliyev gənclər sektoruna ayrılan vəsaiti ilbəil artıraraq, intellektual əsaslarla modernist cəmiyyət formalaşdırmaq istəyir. Gənclərin elmi , ictimai və digər fəaliyyətlərini stimullaşdırmaq üçün ötən il yaradılan gənclər üçün “Prezident Mükafatı” da həmçinin bu diqqət və qayğının mövcudluğundan xəbər verir.
Bugün Cənab Prezidentin Azərbaycan xalqının maraqlarına uyğun şəkildə müəyyən edilmiş, milli maraqlara xidmət, edən siyasi realizmə söykənən mütərəqqi və məqsədyönlü siyasəti insan kapitalının inkişafına maneəçilik törədəcək bütün faktorların neytrallaşdırır. Cənab Prezident ölkədə dini, irqi və digər qarşıdurmaların yaranmaması və cəmiyyətdə xaos yarada biləcək təhlükələrin qarşısını almaq üçün peşəkar fəaliyyət göstərir.
İnsan kapitalının intellektual əsaslarla inkişafının məntiqi yekunu modernist bir cəmiyyətin formalaşmasıdır. İnsan kapitalının inkişafında maneə yaradacaq bütün mənəvi və psixoloji təsirləri önləmək üçün dövlət cəmiyyətin sosial həyatına təsiretmə mexanizmini təkmilləşdirməlidir. Bununla yanaşı İnkişafda olan intellektual insan kapitalı milli ruh, dövlətçilik və tarixi ənənə prinsiplərindən yayınmadan fəaliyyət göstərməsi , cəmiyyət tərəfindən bir intellekt kimi qəbul olunmasına gətirib çıxardır