Azərbaycanda intihar edən erməni əsirdən xəbər var - VİDEO

Azərbaycanda intihar edən erməni əsirdən xəbər var -  VİDEO
12:03 12.03.2013
2150

Azərbaycanda intihar edən erməni Manvel Saribekyanın vəkili Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməyə hazırlaşır. Bunu News.am-a vəkil Ara Kazaryan deyib. Vəkil ötən ilin noyabrında məhkəsənin sədrinə müraciət etsə də, hələ cavab gəlməyib.Manvel Mamikonoviç Sarıbekyan 2010-cu il oktyabrın 5-də gecə saat 3-də intihar edib. Azərbaycan Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğunun mətbuat xidməti birgə məlumatında bildirilirdi ki, Bakı Hərbi Prokurorluğunun əməkdaşları, məhkəmə tibb eksperti və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış və meyidin xarici müayinəsi keçirilib. Bu zaman müəyyən olunub ki, M.Sarıbekyan müvəqqəti saxlama yerində köynəyi ilə yataq mələfəsini bir-birinə düyünləyərək özünü asıb. Prokuror kriminalistin, məhkəmə tibb ekspertinin və hal şahidlərinin iştirakı ilə meyidin xarici müayinəsi zamanı M.Sarıbekyanın boyun nahiyəsində özünü asmağa tam xarakterik olan stranqulyasiya şırımı aşkar edilib.Məhkəmə tibb ekspertinin ilkin rəyinə əsasən onun bədən səthində başqa heç bir xəsarət izi və ya zorakılıq əlamətləri aşkar olunmayıb.Xatırladaq ki, 2010-cu il sentyabrın 11-də təxminən saat 17.00-da cəbhənin şimal-qərb istiqamətində bir neçə nəfərdən ibarət olan erməni təxribat qrupunun hiyləsi dəf edilib. Təxribatçılar əməliyyatlarının baş tutmadığını görüb qaçmağa başlasalar da, onlardan biri - Manvel Mamikonoviç Sarıbekyan kəşfiyyatçıya aid olan bir sıra ləvazimatlarla birlikdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən yaxalanıb. Digər 3 nəfər isə qaçmağa müvəffəq olub. Onunla aparılan ilkin söhbət nəticəsində məlum olub ki, Manvel Sarıbekyanın Azərbaycanın nəzarət etdiyi ərazilərə soxulmaq istəyi Ermənistan xüsusi xidmət orqanlarının təxribat törətmək tapşırığı əsasında olub.Xatırladaq ki, Manvel Mamikonoviç Sarıbekyan ANS-ə müsahibəsində bildirmişdi ki o, Azərbaycanda orta məktəblərdən birində partlayış törətmək istəyirmiş: "Samvel dedi ki, lazım olsa, türkləri qıra bilərsənmi? Mən də dedim bəli. Onunla dəfələrlə görüşdükdən sonra məni xarici maşında meşədəki bir evə apardı. Orada mənim kimi 7-8 gənc oğlan var idi. İki ay ərzində orada təlim keçmişik. Bizə atəş açmağın, qumbaralardan istifadənin qaydalarını və partlayışları törətməyin yollarını öyrədiblər. 4 nəfərlə birgə Şəmşəddin deyilən meşəyə apardılar. Səhər saat 3-ə yaxın meşədən gələrkən yaxınlıqda türklərin kəndi var. Zamanlı kəndinə gedib məktəbi partladıb geri qayıtmalı idik".Onunla aparılan ilkin söhbət nəticəsində aydınlaşıb ki, Manvel Sarıbekyanın Azərbaycanın nəzarət etdiyi ərazilərə soxulmaq istəyi Ermənistan xüsusi xidmət orqanlarının təxribat törətmək tapşırığı əsasında olub. (anspress)

OXŞAR XƏBƏRLƏR