Azərbaycanda intihar edənlər kimlərdir? - Nazirlikdən açıqlama

Azərbaycanda intihar edənlər kimlərdir? - Nazirlikdən açıqlama
SOSİAL
16:04 17.08.2017
1234
Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə ölkədə baş verən intiharlarla bağlı yayılan statistik açıqlamalara münasibət bildirib.
AZXEBER.COM xəbər verir ki, Nazirliyin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə APA-ya açıqlamasında bildirib ki, son günlər guya fəal vətəndaş mövqeyi ilə seçilmək istəyən, əslində antiazərbaycan mövqedə dayanan, ölkə barədə məqsədyönlü şəkildə dezinformasiyalar yayan bəzi şəxslər sosial şəbəkələrdə müxtəlif adlar altında, anonim şəkildə yaratdıqları qruplar vasitəsilə ölkədə insan hüquqlarının təmin olunması üçün yaradılan şəraitdən, sosial şəbəkələrin verdiyi imkanlardan sui-istifadə edir, müəyyən məsələlərə münasibət bildirmək adı altında insanlar arasında çaşqınlıq yaratmağa çalışırlar: "Məsələn, "Feysbuk” sosial şəbəkəsində adını çəkmək istəmədiyimiz bir qrupun moderatorları rəsmi mənbələrə istinad etdiklərini əsas gətirərək son 8 ildə intiharların sayının guya bir neçə dəfə artdığını iddia edir, öz istifadəçilərini aktiv şəkildə məsələyə münasibət bildirməyə dəvət edirlər. Əslində insanların daha fəal şəkildə ünsiyyət yaratmaları, dərd-sərlərini, problemlərini bölüşmələri, onları narahat edən müəyyən məsələlər ətrafında müzakirələr aparmaları üçün nəzərdə tutulan sosial şəbəkələr son illər dünyada, yaxın çevrəmizdə baş verən bir sıra qlobal problemlərin yaranmasının, sosial sarsıntıların, qanlı çevrilişlərin və müharibələrin əsas ruporlarından biridir desək, yəqin ki, yanılmarıq. Sosial şəbəkələrdə intihar mövzusunun məqsədli şəkildə müzakirəsinin hansı uzaqgedən sosial, siyasi nəticələr doğuracağını bilmək üçün, zənnimizcə, dərin düşüncəyə malik olmağa, araşdırma aparmağa ehtiyac yoxdur. Hər şey olduqca sadədir. Həm müəlliflər, həm də mövzuya dair rəy bildirənlərin əksəriyyəti heç bir ciddi arqumentə, statistikaya əsaslanmadan intiharların sayının artmasında vətəndaşların üzləşdikləri guya ağır sosial-iqtisadi durumu bəhanə gətirirlər”.

O. Mansurzadə həmçinin qeyd edib ki, həmin qrupu idarə edənlər 2008-2016-cı illəri əhatə edən, ölkədə intihar hallarının guya təqribən 6 dəfə artdığını göstərən rəqəmlərin əks olunduğu statistikanın mənbəyi kimi respublika Səhiyyə Nazirliyini göstərirlər: "Lakin apardığımız kiçik bir araşdırma zamanı məlum oldu ki, adıçəkilən dövlət qurumunun həmin statistika ilə yaxından-uzaqdan hər hansı əlaqəsi yoxdur. Üstəlik, müqayisə etdikdə və tutuşdurduqda, internet istifadəçilərinə sırınan statistika ilə rəsmi rəqəmlər arasında böyük uyğunsuzluğun, şişirtmənin olduğu da üzə çıxdı. Deməli, Səhiyyə Nazirliyinin adından yalançı bir intihar statistikası təqdim etməklə müəlliflər sosial şəbəkə istifadəçilərini aldatmaq məqsədi də güdür. Amma əslində real vəziyyət necədir? "Nə qədər pis olsa, bir o qədər də yaxşıdır” məşhur bolşevik prinsipi ilə hərəkət edənlərin bilmələri üçün qeyd etməliyik ki, son 8 ildə intiharların sayında müşahidə olunan nisbi artımı iddia edildiyi kimi, ölkəmizdə uğurla aparılan iqtisadi siyasət, əhalinin maddi rifahının yaxşılaşdırılmasına yönəlmiş kurs və yaxud sosial problemlərlə bağlamaq kökündən yanlışdır. İntiharların və Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə başlanılan cinayət işlərinin təhlili də onu göstərir ki, dünyanın hər yerində olduğu kimi, respublikamızda da özlərinə qəsd edən insanların böyük əksəriyyəti ruhi xəstələr, xroniki alkoqolizmdən, narkomaniyadan, digər ağır xəstəliklərdən əziyyət çəkənlər, problemli ailələrin üzvləri və başqalarıdır. Son 10 ildə ölkə əhalisinin sayının təxminən 1 milyon nəfərdən çox artması da bu rəqəmlərə təsir göstərir. Cəmiyyət varsa, insanların qanunlara sığmayan fəaliyyəti mövcuddursa, deməli, istənilən cəmiyyətdə cinayətin, o cümlədən intiharların da baş verməsi labüddür. Hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının üzərinə düşən əsas vəzifələrdən biri cinayətkarlığın profilaktikasını, elmi əsaslara söykənən təhlilini aparmaq, qeydə alınan cinayətlərin açılmasını təmin etməkdir. Cinayətkarlıqla mübarizəni, az qala cinayətlərin baş vermə səbəblərini də siyasiləşdirmək cəhdləri zərərlidir və yolverilməzdir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – Şahin Bağırov cavabladı
22:23 25.06.2026
Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – Şahin Bağırov cavabladı
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
22:20 25.06.2026
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
22:13 25.06.2026
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
22:07 25.06.2026
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
21:55 25.06.2026
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
21:45 25.06.2026
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
21:42 25.06.2026
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
21:33 25.06.2026
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
21:29 25.06.2026
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
21:26 25.06.2026
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
21:14 25.06.2026
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
21:10 25.06.2026
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
21:02 25.06.2026
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ
20:55 25.06.2026
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ
Yayda ən çox bu məhsullardan zəhərlənirik - XƏBƏRDARLIQ
20:50 25.06.2026
Yayda ən çox bu məhsullardan zəhərlənirik - XƏBƏRDARLIQ
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla danışdı
20:42 25.06.2026
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla danışdı