"Ölkəni intiharlar bürüməyib. Azərbaycanda intihar faizi dünya ortalamasından dəfələrlə aşağıdadır".
AZXEBER.COM xəbər verir ki, bu sözləri tanınmış yazıçı Tural Cəfərov (Qan Turalı) deyib.
Onun sözlərinə ölkədə intihar edənlərin sayı çox deyil, sadəcə sosial şəbəkədə yazılan şərhlər vəziyyəti gərginləşdirir:
"Yersiz şərhlər verildikcə, fəlakət dəllallığı etdikcə intihar getdikcə adiləşir, insanlar intihara çarə kimi baxmağa başlayırlar.
Hərçənd belə qaramat insanlar intihar edənin dərdinə yanmır. Sadəcə şəxsi faciələrini ictimai formada təqdim edir, şairin dediyi kimi başqasının yasında öz ölülərinə ağlayırlar. İnsanları mənfi aura ilə yükləməmək bəlkə də ən ümdə insani vəzifəmiz olmalıdır".