Azərbaycanda işsizlərin sayı 100 nəfər artdı

İQTİSADİYYAT
11:59 25.04.2015
1822

DSK məlumat yaydı.

2015-ci il aprelin 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 29,1 min nəfər olub, onların 39,2 %-ni qadınlar təşkil edib.

İşsizliyə görə müavinətin orta məbləği 254,4 manat olub.Bu barədə AZXEBER.COM-a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Qeyd edək ki, 2015-ci il martın 1-nə olan məlumata görə, məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 29 min nəfər təşkil edib.

Beləliklə, bir ayda rəsmi işsiz statusu verilmiş şəxslərin sayında artım müşahidə olunub.

Bundan başqa, 2015-ci il aprelin 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 4851,5 min nəfər olub, onlardan 4614,3 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.

OXŞAR XƏBƏRLƏR