Azərbaycanda istirahət mərkəzində yanğın: bir nəfər xəsarət aldı

SOSİAL
14:57 17.05.2022
344
Masallı rayonunun Şıxlar kəndində istirahət mərkəzində yanğın olub.

Bu barədə AZXEBER.COM-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, mərkəzin ərazisində ümumi sahəsi 35 m² olan taxta konstruksiyalardan ibarət kotec və yaxınlıqda 2 ədəd ağac yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Ərazidəki digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

OXŞAR XƏBƏRLƏR