Azərbaycanda itkin düşən aşığın meyiti tapıldı

SOSİAL
15:39 25.11.2021
1431
Noyabrın 20-də Tovuz rayonunda itkin düşən şəxsin meyiti tapılıb.

Rayonun Əyyublu kənd sakini olan 67 yaşlı Qasımov Zahid İbrahim oğlunun meyiti Əsrik Cırdaxan kəndindən keçən çayda aşkarlanıb.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, Zahid Qasımovun noyabrın 20-də evdən çıxdığı, bir daha geri qayıtmadığı bildirilib.

Mərhumun Tovuzda tanınmış aşıq olduğu bildirilir.
 
///APA

OXŞAR XƏBƏRLƏR