Azərbaycanda ixtiraçı gənclər laboratoriyasının əsası qoyuldu

GƏNCLİK
14:45 21.10.2013
1866
GƏNCLƏR FONDUNUN DƏSTƏYİ İLƏ İXTİRAÇI GƏNCLƏR LABORATORİYASININ ƏSASI QOYULDU 
Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Xəzər Mühəndislər İctimai Birliyi (Caspian Engineers Society - CES) daha bir layihəni uğurla başa çatdırdı. 
AZXEBER.COM xəbər verir ki, bu dəfəki layihənin əsas məqsədi isə İxtiraçı Gənclər Laboratoriyası yaradaraq texniki fakültələrdə təhsil alan tələbələrin və mühəndislərin yaradıcı, ixtiraçılıq qabiliyyətini və onların kreativliyini inkişaf etdirmək, eləcə də TRİZ (Teoriya Resheniya İzobretatelskix Zadach) brendini tarixi vətəninə qaytarmaq olmuşdur. 
Bu layihədə CES sertifikatlaşdırılmış TRİZ mütəxəssisləri ilə əməkdaşlıq etmişdir. Təqdimatçılardan biri 40 ilə yaxın mühəndislik və TRİZ təcrübəsinə malik olan DQS şirkətinin direktoru Boris Şetinkin olmuşdur. Bununla yanaşı, Böyük Britaniya Elektrik Mühəndisləri İnstitunun Peşəkar üzvü Peter Wong, CES həm-təsisçisi Rüfət Əzizov, TRIZ təlimçisi Ayaz Əmirov, BP Prosesləri İdarə Olunması və Qrupunun Rəhbəri Vusal Şəfiyev kimi mütəxəssislər tərəfindən də çoxsaylı seminarlarlar keçirilmişdir. Bu layihəni TRİZ-in Azərbaycana, tarixi vətəninə qayıtması kimi də qiymətləndirmək olar. TRİZ nəzəriyyəsinin əsası 70-ci illərdə ümummilli lider Heydər Əliyevin dəstəyi ilə Azərbaycanlı Genrix Alshuller tərəfindən qoyulmuşdur. Sonradan TRİZ qrupları SSRİ-nin müxtəlif regionlarında təşkil olunmuşdur. Hazırda TRİZ bir çox inkişaf etmiş ölkələrin universitetlərində dərs proqramına da daxil edilmişdir. 
TRİZ nəzəriyəsi ixtiraçiliq məsələlərinin həlli üçün texniki sistemlərin inkişaf mexanizmin tədqiq edərək praktiki həll yolları təklif edən elm sahəsidir. TRİZ texniki sistemlərin inkişafın proqnozlaşdırmaq, sistematik düşünmə, yaradıcılıq qruplarının təşkili və sıradan çıxmaların əsas səbəblərinin araşdırılması üçün universal vasitədir. 4 etabdan ibarət olan layihənin ümumilikdə 100 nəfər iştirakçısı olmuşdur. Sonda iştirakçılara sertifikatlar təqdim olunmuşdur. Qeyd edək ki, bu layihə ilk dəfə olaraq, Gənclər fondunun maliyyə dəstəyi ilə həyata keçmişdir, lakin layihəyə olan böyük marağı nəzərə alaraq davamlı keçirilməsi nəzərdə tutulur. Gənc İxtiraçılar Laboratoriyası Avropa Milli Mühəndislik Federasiyaları İdarə Heyətinin illik sessiyasında da təqdim olunmuş və böyük marağa səbəb olmuşdur.

OXŞAR XƏBƏRLƏR