Kimlərsə jurnalist İlham Məmmədzadəni hədəfə alıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə jurnalist özü "Facebook” profilində yazıb.
Onun sözlərinə görə, ötən gecə Sumqayıtda 36-cı məhəllədə avtomobili qarət olunub.
"Sumqayıt şəhəri kriminal hadisələri ilə yenə öndədir. Naməlum şəxs və ya şəxslər avtomobilin sol-qabaq hissəsinin şüşəsini sındıraraq qarət edib. Təqribən 10 gün öncə də qonşu məhəllədən bir dostumuzun avtomobilini oğurlamışdılar”, - deyə jurnalist yazıb.
DİN-dən bildirilib ki, hadisə artıq araşdırılır.