Azərbaycanda karantin rejiminin yumşaldılması erkən verilmiş qərardır? - RƏSMİ

Azərbaycanda karantin rejiminin yumşaldılması erkən verilmiş qərardır? - RƏSMİ
SOSİAL
14:55 01.05.2020
1780
"Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılmasının tez olub-olmadığının nəticəsini bir müddət sonra görəcəyik”.

Bunu onlayn brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.

Onun sözlərinə görə, insanlar əvvəlki kimi yaşamağa başlasalar, koronavirusa yoluxma artacaq:

"Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılmasının gec və ya tez olmasını koronavirusa yoluxmanın statistikasına baxaraq görə biləcəyik”.

"Tövsiyəm odur ki, yumşaldılmadan sonra da insanlar sosial məsafəsini qorusun, sanitar-gigiyena qaydalarına riayət etsinlər”, - deyə o qeyd edib.
 
///Oxu.Az
OXŞAR XƏBƏRLƏR