Azərbaycanda karantinin yumşalacağı ilə bağlı AÇIQLAMA

Azərbaycanda karantinin yumşalacağı ilə bağlı AÇIQLAMA
SOSİAL
10:10 23.04.2021
2624
"Azərbaycanda gündəlik orta hesabla 12-14 min insan test olunur. Bizim peyvənd sayımız test sayımızdan 4-5 dəfə çox olsa, gündəlik 50-60 min peyvənd vura bilsək, insanlarımız randevularını götürüb daha çox peyvənd olunsalar, virusun öhdəsindən daha tez gələcəyik".

AZXEBER.COM xəbər verir ki, bu sözləri "ARB24"-də yayımlanan "İş vaxtı" verilişində qonaq olan Almaniyada çalışan həkim Ümüd Səlimzadə bildirib.

Onun sözlərinə görə, vaksinasiya prosesi nə qədər tez həyata keçirilərsə, karantinin yumşalmaları da bir o qədər tez ola bilər: "Əhali daha tez peyvəndlənməyə getməlidir. Biz nə qədər tez peyvəndlənə bilsək, İsrail və Böyük Britaniyanın misalında o qədər tez yumşalmalara gediləcək".
 

OXŞAR XƏBƏRLƏR