Azərbaycanda kartof bahalaşdı

Azərbaycanda kartof bahalaşdı
İQTİSADİYYAT
23:26 07.03.2025
698
Ən çox istifadə edilən tərəvəz olan kartofun qiyməti artıb.

AZXEBER.COM-un Xəzər TV-yə istinadla verdiyi məlumata görə, son 20 gündür ki, bazarlarda kartofun ən bahalı qiyməti 2 AZN, ən ucuz qiyməti isə 1,20 AZN-dir.

Satıcıların sözlərinə görə, qiymət artımına səbəb bazarda yerli məhsulun az olması və xaricdən də kartof idxalının azalmasıdır.

Satıcılar həmçinin bildiriblər ki, hazırda bazarda daha çox yerli kartof mövcuddur.

İqtisadçılar isə bahalaşmanın iki əsas səbəbini qeyd edirlər. Onların fikrincə, birinci səbəb xaricdən kartof idxalının azalmasıdır. İkinci səbəb isə dizel yanacağının qiymətinin 25% artmasıdır. Bu iki amil kartofun qiymətinə təsir göstərir.

Qeyd edək ki, 2024-cü ildə ölkədə təxminən 1 milyon ton kartof istehsal edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
 

OXŞAR XƏBƏRLƏR