Azərbaycanda kartofun qiyməti ucuzlaşacaq? - AÇIQLAMA

Azərbaycanda kartofun qiyməti ucuzlaşacaq? - AÇIQLAMA
İQTİSADİYYAT
11:42 19.11.2023
1016
Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycandan bu ilin yanvar-oktyabr aylarında 31 milyon dollarlıq 71 min ton kartof ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 4 milyon dollar və ya 9 % azdır. Hesabat dövründə kartof ixracı ölkənin ümumi ixracının 0,11 %-ni təşkil edib.

Ehtimallara görə, ixracın azalması, fermerlərimizin istehsal etdikləri kartofun yerli bazarlara daha çox çıxarılmasına şərait yarada bilər.

Belə olan halda, təklifin artmasının qiymətlərin ucuzlaşmasına gətirib çıxaracağını gözləyənlər də az deyil.

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan iqtisadçı ekspert Akif Nəsirli isə ixracın azalmasını məhsuldarlığın aşağı olması ilə əlaqələndirib:

"Hazırda yerli kartofun qiyməti nisbətən bahadır. Bu baxımdan da ölkəyə kartof idxalının həcminin artacağı gözlənilir. Artıq indidən bazarlarda Belarus və İran məhsullarının satışı başlayıb. Bir müddət sonra Pakistan kartofu da bazara daxil olacaq. Bu da təbii haldır, çünki bazar dövlət tərəfindən tənzimlənmir. Bazar tələb-təklif təsirləri altında nizamlanır. Yəni, daxildə istehsal azalan zaman xaricdən idxal artır və ixracat aşağı düşür”.
Onun sözlərinə görə, əsas ixrac faraş kartofun üzərinə düşür:

"Belə ki, illik ixracat ümumi götürülür və əsasən aprel-may aylarından başlayır. Bu da ölkəmizdə havaların xoş, yəni isti keçməsi ilə bağlıdır. Bəllidir ki, belə havada kartof tez yetişir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
18:11 02.07.2025
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
18:00 02.07.2025
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
17:57 02.07.2025
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
17:46 02.07.2025
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
17:36 02.07.2025
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
17:35 02.07.2025
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
17:30 02.07.2025
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
17:25 02.07.2025
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
17:10 02.07.2025
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
16:46 02.07.2025
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir
16:42 02.07.2025
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir
Aşura günü qanvermə aksiyasının keçiriləcəyi məkanların siyahısı açıqlanıb
16:29 02.07.2025
Aşura günü qanvermə aksiyasının keçiriləcəyi məkanların siyahısı açıqlanıb
Qəzalı binalarla bağlı Bakıda xüsusi komissiya yaradıldı
16:03 02.07.2025
Qəzalı binalarla bağlı Bakıda xüsusi komissiya yaradıldı
İyulun ilk ongünlüyündə temperatur ötən ilə görə 3-8 dərəcə aşağı olacaq
16:00 02.07.2025
İyulun ilk ongünlüyündə temperatur ötən ilə görə 3-8 dərəcə aşağı olacaq
Azərbaycanda yenidən koronavirus yayılır - Rəsmi
15:36 02.07.2025
Azərbaycanda yenidən koronavirus yayılır - Rəsmi
Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilir
15:20 02.07.2025
Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilir