“Azərbaycanda keçiriləcək I Avropa Oyunlarını boykot etməyə çağıranlara yazığım gəlir" – Ziyafət Əsgərov

“Azərbaycanda keçiriləcək I Avropa Oyunlarını boykot etməyə çağıranlara yazığım gəlir" – Ziyafət Əsgərov
SİYASƏT
11:48 13.03.2015
1295
“Eurovision” Mahnı Müsabiqəsində olduğu kimi, budəfəki cəhdlər də iflasa məhkumdur”
“Elə zəmanədə yaşayırıq ki, istəsək də, istəməsək də dünyada gedən proseslərlə bağlı siyasi və iqtisadi baxımdan müəyyən çağırışlar var. Bunu etiraf etmək lazımdır. Dövlətin də gücü ondadır ki, belə çağırışlara hazır olsun”.
APA-nın məlumatına görə, bunu Milli Məclis sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Ziyafət Əsgərov söyləyib.
Z. Əsgərov hesab edir ki, Azərbaycan bu çağırışlara hazırdır: “Ola bilər ki, gələcəkdə bu çağırışların sayı artsın. Çünki bu gün dünyada iqtisadi cəhətdən tənəzzülə uğrayan dövlətlər var. Hətta Avropa İttifaqının özünün tərkibində iqtisadi tənəzzülə uğrayan dövlətlər mövcuddur. Digər tərəfdən, bir çox yerdə müharibə gedir, bir çox yerdə dövlətlərin özlərinin daxilində təlatümlər var. Azərbaycan da dünya birliyinin üzvüdür və ətrafımızda nə baş verdiyini də başa düşür, bilirik. Sözsüz ki, öz işimizi də görürük. Çalışırıq ki, Azərbaycan belə çağırışlara həmişə hazır olsun”.
Azərbaycanın bu vaxta qədər yürütdüyü balanslı xarici siyasətdə korrektəyə ehtiyac olub-olmamasına gəlincə, Z. Əsgərovun fikrincə, prezident İlham Əliyevin bu günə qədər apardığı siyasətin tamamilə doğru olduğu təsdiqini tapıb: “Bu siyasət xalqa arxalanır, bu siyasətin arxasında xalqın dəstəyi var”.
Z. Əsgərov bəzi beynəlxalq qeyri-hökumət təşkilatlarının I Avropa Oyunlarını boykot etməyə yönəlik çağırışlarına da toxunub. O, Azərbaycanda keçiriləcək I Avropa Oyunlarını boykot etməyə çağıran bəzi beynəlxalq qeyri-hökumət təşkilatlarına, insanlara sözün həqiqi mənasında yazığı gəldiyini vurğulayıb: “Çünki boykot çağırışları, qarayaxmalar, guya Azərbaycanı gözdən salmağa yönəlmiş çağırışların dövrü artıq keçib. Bakıda keçirilən “Eurovision” Mahnı Müsabiqəsi ərəfəsində də həmin qurumlar, insanlar belə gedişlər ediblər. Nəticəsi nə oldu? Heç bir nəticə olmadı, ola da bilməz. Çünki görünən dağa nə bələdçi? Ortada iş, inkişaf, Azərbaycanın həm siyasi, həm humanitar göstəriciləri, xalqımızın həyat şəraiti və xalqla iqtidarın birliyi var. Belə olan halda bəzi beynəlxalq qeyri-hökumət təşkilatları, bəzi dövlətlərdəki müəyyən qruplar və sapı özümüzdən olan baltalar bu mənasız işə baş qoşublar. “Eurovision” Mahnı Müsabiqəsində olduğu kimi, budəfəki cəhdlər də iflasa məhkumdur”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Nəriman Həsənzadə Fəxri xiyabanda uyumağa layiq şəxsiyyət idi" - Qəzənfər Paşayev
13:09 02.08.2026
"Nəriman Həsənzadə Fəxri xiyabanda uyumağa layiq şəxsiyyət idi" - Qəzənfər Paşayev
Sabah hava necə olacaq?
12:55 02.08.2026
Sabah hava necə olacaq?
"Nəriman Həsənzadə təpədən dırnağa qədər şair idi" - İsa Həbibbəyli
12:48 02.08.2026
"Nəriman Həsənzadə təpədən dırnağa qədər şair idi" - İsa Həbibbəyli
Nəriman Həsənzadə dəfn olundu -  VIDEO - FOTOLAR
12:34 02.08.2026
Nəriman Həsənzadə dəfn olundu - VIDEO - FOTOLAR
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
12:30 02.08.2026
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu
12:24 02.08.2026
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid - VIDEO
12:16 02.08.2026
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid - VIDEO
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
12:07 02.08.2026
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO
12:04 02.08.2026
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO
Murad Dadaşov Nəriman Həsənzadədən danışdı: “Bu gün böyük bir ağsaqqalı itirdik” - VIDEO
12:00 02.08.2026
Murad Dadaşov Nəriman Həsənzadədən danışdı: “Bu gün böyük bir ağsaqqalı itirdik” - VIDEO
“Atam bizə görə başqa qadını evimizə gətirmədi” – Nəriman Həsənzadənin oğlu - VIDEO
11:55 02.08.2026
“Atam bizə görə başqa qadını evimizə gətirmədi” – Nəriman Həsənzadənin oğlu - VIDEO
Nəriman Həsənzadə ilə vida mərasimində onlar iştirak etdilər - FOTOLAR
11:49 02.08.2026
Nəriman Həsənzadə ilə vida mərasimində onlar iştirak etdilər - FOTOLAR
Bürclər "zəif tərəflərini" necə gücə çevirə bilər?
11:42 02.08.2026
Bürclər "zəif tərəflərini" necə gücə çevirə bilər?
Paşinyan istefa verdi
11:23 02.08.2026
Paşinyan istefa verdi
Prezident və xanımı vida mərasiminə əklil göndərdi - FOTO
11:03 02.08.2026
Prezident və xanımı vida mərasiminə əklil göndərdi - FOTO
Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir - FOTOLAR
11:01 02.08.2026
Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir - FOTOLAR