Azərbaycanda keçirilən realiti-şounun iştirakçısı həkimi döydü

Azərbaycanda keçirilən realiti-şounun iştirakçısı həkimi döydü
SOSİAL
11:13 09.05.2017
6789

Şəki Mərkəzi Rayon Xəstəxanasında dava olub.

Mayın 8-i axşam saatlarında Şəki Mərkəzi Rayon Xəstəxanasına müayinəyə gələn, 1990-cı il təvəllüdlü Mərdan Akif oğlu Mustafayev onu müayinə edən həkim, 1973-cü il təvəllüdlü Nəsrullah Ziyəddin oğlu Beydullayevi döyüb.
 
Şəki Mərkəzi Rayon Xəstəxanasından APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, döyülən həkim Nəsrullah Beydullayev xəstəxananın reanimasiya şöbəsinin həkimidir. Ona qapalı kəllə-beyin travması, burun sümüyünün sınığı diaqnozu qoyulub.
 
Qeyd edək ki, həkimi döyən Mərdan Mustafayev "ARB" telekanalında yayımlanan "Ferma" verilişinin iştirakçısı olub.


 
 
///APA
OXŞAR XƏBƏRLƏR