Azərbaycanda keçmiş deputatın oğlunun silahla görüntüsü yayıldı - FOTO

Azərbaycanda keçmiş deputatın oğlunun silahla görüntüsü yayıldı - FOTO
SOSİAL
11:18 20.02.2020
2921
Xəbər verdiyimiz kimi, sabiq deputat Gülər Əhmədovanın oğlu, 1987-ci il təvəllüdlü Toğrul Fikrət oğlu Əhmədov Bakının Nəsimi rayonu ərazisində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz "Glock-19” markalı tapança gəzdirdiyinə görə həbs edilib.

Unikal.org-un məlumatına görə, T.Əhmədov odlu silah və motosiklet həvəskarı imiş.

Onun silahla görüntüsü də yayılıb. Ehtimal edilir ki, bu görüntüdən sonra T.Əhmədovun odlu silah gəzdirdiyinə dair şübhələr yaranıb. 

 


OXŞAR XƏBƏRLƏR