Azərbaycanda keçmiş məhkum qardaşının evindən oğurluq etdi

KRİMİNAL
12:42 27.11.2021
223
Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə noyabrın 25-də şəhər ərazisindəki evlərin birindən 1250 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən ev sahibinin qardaşı, əvvəllər məhkum olunmuş Ş.Həsənli müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR