Azərbaycanda kiberdələduzluq halları artıb - Saxta linklərdən necə qorunaq?

SOSİAL
15:55 23.11.2023
1115
Son 1 ayda Azərbaycanda kiberdələduzluq hallarında ciddi artım hiss olunur.

Azərbaycan Respublikasi Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin tərkibində fəaliyyət göstərən Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi kiberdələduzluq hallarından biri də dövlət qurumları və ya ödəmə platformaları adından istifadə etməklə müəyyən adlar və bənzər domen nümunələrində yaradılmış saxta səhifələrlə bağlı məlumat yayıb.

Belə ki, kommunal xidmətlərin və ya cərimələrin xüsusi endirimlər və bonuslarla ödənilməsi adı altında yaradılan və sosial şəbəkələr vasitəsi ilə reklam olunaraq vətəndaşların marağını cəlb edən belə saytlar vətəndaşları aldatmaqla, onları saxta ödəniş səhifələrinə yönləndirir və kart məlumatlarını ələ keçirərək vəsaitlərini oğurlayır.

Yaradılmış saxta saytlar və onlarla aparılacaq mübarizə yolları haqda AZXEBER.COM-a açıqlama verən Mətbuat Şurası İdarə Heyətinin üzvü, tanınmış texnobloger, Fərid Pərdəşünas bunun fişinq linkləri olduğunu, yaradılan saxta saytların orijinalı ilə eyni olduğunu bildirib:
 

 

"Bu saytlardan istifadə edən şəxslər domenə fikir versələr görəcəklər ki, tamamilə fərqli domenlərdi. Linkə keçid alan zaman isə ən çox ƏDV gerial ilə bağlı üç qat, dördqat bonus almaq,pul qazanmaq adı ilə vətəndaşlara belə linklər göndərilir və onların kart məlumatları oğurlanır. Vətəndaşlar mütləq şəkildə daxil olduqları linklərə keçid edən zaman həmin saytın strukturu ilə tanış olmalıdırlar, domeinə mütləq nəzər yetirməlidirlər. Bu zaman rəsmi qaynaq olub-olmaması sorğulanmalıdır. Təsadüfən qarşılarına reklam kimi çıxmış hər linkə klik edib öz şəxsi məlumatlarını və kart məlumatlarını oraya daxil etməməlidirlər.
 
İnformasiya Təhlükəsizliyi üzrə ekspert Rəşad Əliyev AZXEBER.COM-a açıqlamasında belə saytlar vasitəsilə insanları müxtəlif cür aldadaraq tora saldıqlarını deyiblər: 

"Saxta saytların sayının çoxalmasının səbəbi müxtəlifdir. Əslində, əvvəllər də bu tipli saytların sayı çox idi və hazırda da çoxalmağa davam edir. Bu tip saytların sayının çoxalması "Fishing növü” adlanır. Son zamanlar bu tip fişinglərin artmasına səbəb isə eyni növ fishinglərin artıq lokallaşması və Azərbaycana fokuslanmış olmasıdır. Əvvəllər əgər bu tip saytlar digər ölkələrdə keçirilirdisə və ya beynəlxalq səviyyədə idisə bu artıq daha da lokallaşaraq  Azərbaycanda daha da çoxalır. Bunun bir neçə növü mövcuddur. "Domen” adında müəyyən bir adın dəyişdirilməsi və ya saytın sonuna müəyyən bir əlavənin artırılması və s. kimi dəyişikliklər etmək mümkün olur. Çox vaxt orjinal saytın klonunu yaradırlar və bunun əsasında feyk sayt yaradırlar. Bununla belə insanları müxtəlif cür aldadaraq onları tora salırlar".
 
Mütəxəssis bildirib ki, bunun qarşısını almaq üçün sayta daxil olan insanlar bir az ayıq olmalıdırlar.: "Bu tip saytlara keçid edərkən ilkin olaraq saytın adı həqiqətən öz adıdırmı deyə nəzər yetirilməlidir. Sosial şəbəkədirsə, saytdan həmin sosial şəbəkəyə birbaşa giriş linki varmı? Bunları mütləq yoxlamalıdırlar. Əgər belə bir saytın olduğunu tapsalar, bunun qarşısını almaq üçün müxtəlif bloklanma üsulları var. Birincisi özləri o sayta daxil olmasınlar. Mesajı göndərən adamı bloka atsınlar. Daha sonra Dövlət tərəfindən yaradılmış layihə var ki, istifadəçilər o sayta daxil olaraq, hər hansı şübhələndikləri sayt haqqında report göndərə bilərlər. Nəticədə o sayt ölkə səviyyəsində bloklanmış olur".
 
Günel Hüseynli

Yazı Medianın İnkişafı Agentliyinin "İnformasiya və kommunikasiya texnalogiyalarının inkişaf etdirilməsi" mövzusunda dərc edilib.

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb