Azərbaycanda kimlərin kredit borcu silinə bilər?

Azərbaycanda kimlərin kredit borcu silinə bilər?
TOP4
10:26 22.11.2018
5485
Gürcüstan hökumətinin aztəminatlı əhalinin kredit borclarının ləğvinə dair qərarı Azərbaycan cəmiyyətində analoji problemin müzakirələrinin yenidən canlanmasına səbəb oldu. Həcmi 2 milyard manata yaxınlaşan problemli kreditlərin banklara, əhaliyə yaratdığı çətinliklər bir daha gündəmə gətirildi.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, "Yeni Müsavat”ın yazdığına görə, eyni zamanda məlum oldu ki, nəinki aldığı 2-3 min dollar (yaxud manat) krediti qaytarmaq imkanında olmayan aztəminatlı insanlarla yanaşı, yüz minlərlə dollar/manat kreditləri götürərək təyinatından yayındırıb mənimsəyən şəxslər də dövlətin hesabına borclarının bağlanmasını gözləyirlər. Məlum olduğu kimi, bu gün bankların əksəriyyəti üzrə yaranan problemli kreditlərin böyük hissəsi məhz bank inzibatçıları, müxtəlif məmurların yaxınları olan ikinci qrup şəxslərdədir.

Qeyd edək ki, Gürcüstanda adları kredit borcuna görə qara siyahıya salınmış 600 minədək aztəminatlı vətəndaşın 2 min lariyə qədər olan borcları silinir. Bəs Azərbaycanda hökumət problemli kreditlər məsələsinə əl qoyarsa, kimlərin borcları silinə bilər? 

Sualı cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənovun dediyinə görə, hökumət belə bir qərar qəbul edərsə, çox ciddi araşdırmalar aparılmalıdır: "Bu qərar olacaqsa, ilk növbədə kimin kreditlərinin silinəcəyi sualının real cavabı tapılmalıdır. Elə mexanizm seçilməlidir ki, vətəndaşların bərabərliyinə dair konstitusion hüququ pozulmamalı, eyni zamanda dövlət vəsaitləri hansısa formada kimlərinsə maraqlarına xidmət etməməlidir. 

Yəni çox ciddi və hərtərəfli dərinləşmiş təhlillərin, araşdırmaların aparılmasına ehtiyac var. İlk növbədə problemlilər siyahısına düşmüş müştərilər üzrə müəyyən qiymətləndirmələrin aparılmasına başlamaq olar. Çünki artıq bu siyahıya düşmək həmin müştərilərin borclarını qaytara bilmədiklərini göstərir. Lakin burada da ciddi araşdırmaların aparılması zərurəti yaranır. Belə ki, mövcud vəziyyət göstərir ki, bir çoxları imkanları olsa da, ümumi mənzərə fonunda borclarını ödəməkdən imtina edirlər”.

R.Həsənov bildirir ki, elə insanlar var ki, böyük çətinliklə, hətta bir çox hallarda digər mənbələrdən borclanmaya gedərək kreditlərini ödəyirlər: "Bu, həmin vətəndaşların məsuliyyət hissinin daha yüksək olduğunu göstərir. Adamlar da var ki, çox rahat yaşayırlar, gəlirləri də yetərincədir, amma ödənişlərini etmirlər. Seçim edərkən bu məqamı da nəzərə almaq lazımdır. Yəni genişmiqyaslı araşdırma aparılmalıdır. Daha yaxşı olar ki, məsələyə bu kontekstdən yanaşılsın: birinci, 2015-ci ilin fevalından etibarən nə baş verib? Devalvasiyalar barədə qərarı kim verib?

Bu qərardan zərər çəkən subyektlər hansılardır? Həmin subyektlər üzrə zərər müəyyənləşdirilməli və dövlət tərəfindən qarşılanmalıdır. Bu zaman güzəştlər kredit məbləğinə hesablanmış faizlər üzrə edilə bilər. Yaxud tutalım ki, 3 minə qədər olan kreditlər silinir, 3-20 min arası kreditlərdə faizlər dövlət tərəfindən kompensasiya olunur, 20 mindən yuxarı olan kreditlərdə isə məzənnə fərqinə kompensasiya tətbiq edilir. Bunun dəqiq mexanizmini fiskal siyasəti həyata keçirən qurumlar və Nazirlər Kabineti birgə müəyyənləşdirə bilər”.

Ekspert hesab edir ki, dövlət dəstəyi tətbiq olunarkən istehlak kreditləri ilə biznes kreditləri fərqləndirilməlidir:"İstehlak kreditləri əlavə dəyər yaratmayan vəsaitlərdir. Real sektora verilən biznes kreditləri isə əlavə dəyər yaratmağa yönəldilir. Düzdür, Azərbaycanda kreditlərin düzgün rəsmiləşdirilməsi kimi bir problem də mövcuddur. Kreditlərin böyük hissəsi istehlak krediti kimi rəsmiləşdirilir. Yaxud biznes adı ilə götürülən kreditlər tamam başqa istiqamətlərə yönəldilir. Buna görə də bu məsələlərdə çox diqqətli olmağa ehtiyac var. Valyutada kreditləri olan vətəndaşlar ikinci dərəcəli risk qrupu olaraq seçimə daxil edilə bilər. Biznes kreditləri üçüncü, istehlak kreditləri isə dördüncü dərəcəli risk qrupu kimi seçilə bilər”.

Onun fikrincə, Azərbaycanın hazırkı maliyyə imkanları problemli kreditlər məsələsini həll etmək üçün kifayət qədər yetərli səviyyədədir: "Bu imkan böyükdür. Nəzərə almaq lazımdır ki, problemli kreditlər ölkənin maliyyə-bank sektorunu iflic vəziyyətinə salıb. Bu gün ümumi kredit portfelinin 14 faizdən yuxarısı problemli kreditlərdir. Hansı ki, 6 faizdən yuxarı artıq SOS hesab olunur. Belə bir şəraitdə banklar işləyə bilmir, onlar kreditləşməyə meyl göstərmirlər. 

Gələcəkdə dövlətin bankların arxasında hansısa formada dayanacağına təminat yoxdur. Buna görə də kredit portfeli genişlənmir. Hökumət də deyir ki, real sektor inkişaf etsin. Əgər real maliyyə qaynaqlarına çıxış yoxdursa, bu sektor necə inkişaf etsin? Dövlət problemli kreditlər məsələsini həll etməklə eyni vaxtda bir neçə məqsədə nail ola bilər”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Global Media Group"un informasiya resurslarına hücum edənlərin bəziləri ölkədəki hotellərdə olublar
17:02 02.05.2025
"Global Media Group"un informasiya resurslarına hücum edənlərin bəziləri ölkədəki hotellərdə olublar
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
17:00 02.05.2025
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
Pir Həsən ziyarətgahının təmiri üçün 550 min manat ayrılıb - SƏRƏNCAM
16:54 02.05.2025
Pir Həsən ziyarətgahının təmiri üçün 550 min manat ayrılıb - SƏRƏNCAM
Anar Yusub konsert verəcək - VİDEO
16:50 02.05.2025
Anar Yusub konsert verəcək - VİDEO
Elşad Hacıyev: Bank kartlarından oğurluğun qarşısının alınması hər bir şəxsin özündən asılıdır
16:33 02.05.2025
Elşad Hacıyev: Bank kartlarından oğurluğun qarşısının alınması hər bir şəxsin özündən asılıdır
Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
16:19 02.05.2025
Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
Ramid Namazov: Media resurslarına hücumları Rusiya ilə əlaqəli qruplar həyata keçirib
16:13 02.05.2025
Ramid Namazov: Media resurslarına hücumları Rusiya ilə əlaqəli qruplar həyata keçirib
Avropa İttifaqı "TikTok"u 530 milyon avro cərimələdi
16:07 02.05.2025
Avropa İttifaqı "TikTok"u 530 milyon avro cərimələdi
AZAL sərnişinlərinə xidmət siniflərini daha sərfəli yüksəltmək imkanı təqdim edir
15:54 02.05.2025
AZAL sərnişinlərinə xidmət siniflərini daha sərfəli yüksəltmək imkanı təqdim edir
Unibank ADA və UNEC tələbələri üçün dayanıqlı maliyyə seminarları təşkil edib - FOTOLAR
15:52 02.05.2025
Unibank ADA və UNEC tələbələri üçün dayanıqlı maliyyə seminarları təşkil edib - FOTOLAR
Balidə rusiyalı məşqçinin cəsədi tapıldı
15:48 02.05.2025
Balidə rusiyalı məşqçinin cəsədi tapıldı
DSX Xəzərdə əməliyyat keçirdi - Bir nəfər zərərsizləşdirilib
15:45 02.05.2025
DSX Xəzərdə əməliyyat keçirdi - Bir nəfər zərərsizləşdirilib
Abituriyentlərin nəzərinə - Bu qrup üzrə qəbul qaydası dəyişdi
15:36 02.05.2025
Abituriyentlərin nəzərinə - Bu qrup üzrə qəbul qaydası dəyişdi
Nazir İlham Qasımovla bağlı əmr imzaladı
15:35 02.05.2025
Nazir İlham Qasımovla bağlı əmr imzaladı
Rövşən Tağıyev: Yol polisi qanunsuz taksi fəaliyyəti ilə mübarizə aparır
15:17 02.05.2025
Rövşən Tağıyev: Yol polisi qanunsuz taksi fəaliyyəti ilə mübarizə aparır
Beynəlxalq təşkilatdan Böyük Britaniyaya ÇAĞIRIŞ
15:13 02.05.2025
Beynəlxalq təşkilatdan Böyük Britaniyaya ÇAĞIRIŞ